Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Türk tarixində geopolitik qırılmalar və ya fay xətləri –SON BÖLÜM

news content


İran Zəngəzur dəhlizinə geopolitik qırılmanın qismən bərpası kimi baxır...

                  Nəticə

Yenixeber.org: Şiəliyi əsas dövlət ideologiyası kimi qəbul edən Səfəvi dövlətinin meydana çıxması ilə bir əsrdən çox davam edən Osmanlı-Səfəvi düşmənçiliyi başladı. Bu düşmənçilik nəticəsində bütöv olan türk dünyası ideoloji-fiziki olaraq ortadan ikiyə bölündü. Hər ikisi sünni olan Türküstanla Anadolu arasında tampon bölgə-şiə oxu meydana gəldi. Bu bölünmə və Osmanlı-Səfəvi müharibələri nəticəsində hər iki tərəf zəiflədi və getdikcə güclənən gənc Rusiya imperiyası bölgəyə ayaq açdı. Rusiya zaman-zaman təzyiqlərini artıraraq, Qafqazı zəbt etdi, Azərbaycanı iki yerə böldü, işğal altındakı Quzey Azərbaycanda məzhəbçilik zəminində düşmənliyi dərinləşdirdi, heç bir ehtiyac olmadan süni şəkildə sünnilər üçün ayrıca, şiələr üçün ayrı məscidlər yaratdı. Nəhayət, bölgədə Ermənistan adlı yeni dövlət qurmaqla Turanın bölünməsini daha da dərinləşdirdi. Birinci geopolitik qırılma baş verməsəydi, yəqin ki, ikinci də olmayacaqdı.

Pəhləvilər İranda hakimiyyətə gəldikdən sonra Azərbaycanın cənubunda müstəqil dövlət qurmaq cəhdləri nəticə verməmiş, xarici güclərin dəstəyi ilə xalq üsyanları qan içində boğulmuşdu. Azərbaycanın cənubunda tez-tez baş verən inqilablar (1911, 1920, 1946) buna əyani sübutdur. Bu durumu görən İran şovinist dairələri və qərb ideoloqları İran üçün yeni dövlət modeli fikirləşdilər. Yeni model əslində yalnız cümhuriyyətə çevrilən Səfəvilərin dini dövlət modeli idi, lakin dövlətin əsas ideologiyası dəyişməmişdi. Xomeyni Tehrana ayaq basan kimi “Sionizmə ölüm” şüarı səsləndirsə də, heç bir il keçmədən müsəlman İraqla savaşa başladı. Bu, İslam dünyasında yeni proseslərin başlanmasının xəbərçisi idi və İran-İraq savaşından sonra Orta Doğu yeni bir qeyri-sabitllik fazasına daxil oldu. Bölgədəki son hadisələr onu da deməyə əsas verir ki, məzhəbçilik İranın əlində bir siyasi alətdir, bu ölkənin özü isə İsraildən sonra qərbin ikinci forpostudur.

Bugünkü Güney Azərbaycanın iki əsas problemi var ki, onlardan birincisi məzhəbçilikdir. Türk tarixçilərinin və qərəzsiz yazarların ehtiyatla yanaşdıqları bu məsələ çox həssas məsələdir və təsadüfən İran üçün model seçilməyib. İndiki teokratik model də müəyyən nöqtəyə qədər irəliləyəcək və bəlkə də yaxın gələcəkdə İranda “şiə ortaqlığı” dövrü başa çatacaq. Prosesə yenidən Qərb başçılıq etsə, bu dəfə İran üçün monarxiya və ya teokratiyaya bənzər yeni siyasi libas biçiləcək. Yəni Qərb düşüncəsində İran üçün demokratik idarəçilik forması yoxdur. İran üçün demokratiya müstəqil Azərbaycan deməkdir. Qərb, eləcə də Çin və Rusiya İranda demokratiyaya qarşıdırsa, deməli, Güney Azərbaycanın müstəqilliyinə, Azərbaycanın bütövlüyünə, bir sözlə, geopolitik bərpaya qarşıdırlar.

Güney Azərbaycanın ikinci əsas problemi ana dilidir. İranlı şovinistlər və onların xaricdəki havadarları təkcə türk dünyasını geopolitik və ideoloji müstəvidə parçalamaq deyil, həm də mədəni müstəvidə-tərəflər arasında dil uçurumunu dərinləşdirməklə, İran coğrafiyasında türk varlığını tamamilə aradan qaldırmaq məqsədi güdürlər. 

Məntiq bizə deyir ki, Azərbaycanın cənubunda yaşayan xalq öz varlığını qorumaq, milli dövlətini qurmaq istəyirsə, məzhəbçilikdən uzaq durmalı, ana dilini qorumalıdır.

Güney Azərbaycan müstəqilliyini qazansa və bütöv bir Azərbaycan formalaşsa, o zaman Balkanlardan Doğu Türküstana qədər türk dünyasının 1500-cü illərin əvvəllərində pozulmuş bütövlüyü bərpa olunacaq, Türk Dövlətləri Təşkilatı ciddi beynəlxalq aktora çevriləcək. Yalnız bundan sonra Türkiyə Cümhuriyyətinin, daha sonra isə Azərbaycanın Avropa Birliyinə yolu açıla bilər. 

Nəhayət, onu da qeyd edək ki, araşdırmada məqsəd şiə məzhəbindən olan insanların zehinlərinə təsir göstərib, onları sünni məzhəbinə tərəf meyilləndirmək deyil. Əlbəttə, belə cəhdlər xəyalpərəstlik və ya Don Kixotluq olardı. Amma Səfəvilər dönəmində İran coğrafiyasındakı türklərin qılınc gücü ilə şiələşdirildiyi, insanların həyatda qalmaq üçün bu məzhəbi qəbul etməyə zorlandıqları, bir çox türk boylarının isə tarixi yerlərini tərk etməyə məcbur qaldıqları (Göklən, Yomut və b.)  gerçəkliyinin də bilinməsində fayda var. İndiki İran İslam Cümhuriyyəti Səfəvilərin tətbiq etdikləri məzhəbçiliyi tətbiq etməklə, onu təməl siyasi silaha çevirməklə, ölkədə bir inanc ortaqlığı yaratmaqla İranın monolitliyini qorumağa və sözügedən dönəmdə türk dünyasının bütövlüyünün pozulması ilə yaranan geopolitik qırılmanı mühafizə etməyə çalışır. Zəngəzur koridorunun açılmasına dirəniş göstərmək bunun açıq, həm də çox bəsit bir örnəyidir. İslam Respublikası Zəngəzur dəhlizini özünün qırmızı cizgisi sayır və İran-Ermənistan əlaqələrinin qırılmasına geopolitik qırılma kimi baxır. Həqiqətdə isə İran Zəngəzur dəhlizinin açılmasını Səfəvilər dönəmində Türk tarixindəki geopolitik qırılmanın qismən də olsa bərpası kimi görür və çılğıncasına bu bərpaya qarşı çıxır.

 

Qaynaqlar:

ALİ, Şeriati, Ali Şiası Safevi Şiası, Fecr Yayınevi, 2009.

ARJOMAND, S. A., Tanrı'nın Gölgesi ve Gizli İmam: Başlangıçtan 1890'a Şii İran'da Din, Siyasi Düzen ve Toplumsal Değişim, Chicago Üniversitesi Yayınları, 1987.

AY, Zahide, ‘’16-17. Yüzyıllarda İran'daki Safevi-Nizari İlişkilerinin Dini ve Siyasi Etkileri Üzerine Tarihsel Bir Değerlendirme’’, Tarihin Peşinde: Uluslararası Tarih ve Sosyal Araştırmalar Dergisi, Sayı: 21, 2019, s. 455-471.

AYDIN, M., Alevi-Bektaşi Tarihi. İstanbul, Can Yayınları, 2015.

BABAİE, S., ve HAİN, K. (Ed.), Safevi İran: Bir Pers İmparatorluğunun Yeniden Doğuşu, IB Tauris, 2013.

COUTO, Dejanirah, Harp ve Sulh - Avrupa ve Osmanlılar, Kitap Yayınevi, Tarih ve Coğrafya Dizisi, 2010.

FRİEDRİCH,  Ratzel, Politische Geographie,‎ Hansebooks, 2017.

GLENN, H. Snyder, Alliance Politics, Cornell University Press, 1997.

GÜMÜŞ, E., ‘’Osmanlı Belgelerine Göre I. Şah İsmail ve II. Bayezid'in Siyasi ve Diplomatik İlişkileri (911-917/1511-1515)’’, Mukaddime, 13(1), 2022, ss. 230-248.

İSMAİL, Hatayi, Geçme namard köprüsünden... (eserleri). Metnin ve kelimelerin derlenmesi, A. Safarlinin ve X. Yusifovun, Bakü, 1988.

JOZEF, A. Toynbee, Postijenie İstorii: Sbornik/Perevod s anqliyskogo D. Zharkova, Moskova: Rolf, 2001.  s 36.

KİSHWAR, Rizvi, The Safavid Dynastic Shrine: Architecture, Religion and Power in Early Modern Iran (British Institute of Persian Studies), Publisher: I.B. Tauris, 2011.

LEV, N. Gumilyov, Etnogenez i biosfera Zemli, Kristall, 2001.

PYOTR, N. Savitsky, V borbe za Evraziystvo, İmp. de Navarre, 1931.

ROBERT, Jervis, Perception and Misperception in International Politics: New Edition, Published by: Princeton University Press, 1976.

SAMUEL, P. Huntington, Medeniyetler Çatışması ve Dünya Düzeninin Yeniden Kurulması, Çev: Elif Berktaş, Panama Yayıncılık, 2001.

STEPHEN, M. Walt The Origins of Alliances, Cornell University Press, 1987.

SÜLEYMAN, Eliyarlı, Tarihimiz Açıklanmamış Mövzuları İle, Bakı, Mütercim, 2012. 

WALTZ, Kenneth N., Theory of International Politics, McGraw-Hill, 1979.

(pressklub)

Xaləddin İbrahimli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam