Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QAN VƏ MÜSTƏMLƏKƏÇİLİK SİSTEMİ - XXI əsr Avropa sisteminin hegemoniyasından imtina dövrüdür

Prezidentin gələcəklə bağlı vizyonunu dəstəkləyirəm: nə AB, nə NATO, nə də Rusiya - TURAN!

"Prezident İlham Əliyevin gələcəklə bağlı təqdim etdiyi vizyonu dəstəkləyirəm. Nə Avropa nə Rusiya. Nə AvroAtlantik Sistem, nə Avrasiya. Yolumuz Türk-Turan Birliyinə doğrudur.

Yenixeber.org: Prezident İlham Əliyev deyib: “Avropa tarixi qan və müstəmləkəçilik tarixidir...Biz Avropa deyilik!”

Tamamilə doğrudur. Qan və müstəmləkəçilik tarixi olan bir birlik bizə və dünyaya örnək ola bilməz. Dünyanın mərkəzi və hegemon gücü ola bilməz. Artıq dünya xalqları oyanır. Həqiqəti öyrənirlər. AvroAtlantik sistemin sözdə insan haqları və demokratiya adı altında bəşəriyyətə, insanlığa vurduğu zərbələri, dünyaya gətirdiyi fəlakətləri, özəlliklə biz Türklərə qarşı həyata keçirdiyi cinayətləri öyrənirlər. Son 30 ildə Avropa mədəniyyətinin bəşəriyyətə vurduğu zərbələr, işğalçılıq, müstəmləkəçilik, soyqırımlar, soyğunçuluq, köləlik, qul alveri, insan alveri haqqında onlarla əsərlər yazılıb.

Dünya arayış dönəminə qədəm qoyub. XIX-XX əsr qlobal Avropalaşma (Vesternləşmə-Avropa mədəniyyəti modelini mənimsəmə) dövrü idisə, XXI əsr Avropa mədəniyyət modelindən imtina dövrüdür, Avropa sisteminin hegemoniyasından, kültür imperializmindən qurtuluş arayışı dövrüdür.

Çox qütblü dünya-qloballaşmış super-sistem olan AvroAtlantik sistemə qarşı lokal sistemlərin-yerli mədəniyyətlərin inkişafını irəli sürən siyasi sistem, düzən anlayışını inkişaf etdirməyi qaçılmaz edir.

Avropa sistemi kürəsəl sistem, kürəsəl mədəniyyət sistemi kimi örnək model olma qabiliyyətini və haqqını itirməkdədir.

Bəşəriyyət bu qan və müstəmləkəçilik sisteminin vurduğu ziyanları hesablamaqdadır.

Avropanın qan və müstəmləkəçilik sistemini, irqçi siyasətlərini Edvard Said, O.Şpenqler, R.Genon, Frutje Kapra, Toynbi, Kissincer, Hantinqton, Bjezinski, T.Duralı, A.Davudoğlu, Əli Şəriəti, N.Danilevski, A.Dugin və.s kimi müəlliflər ayrıntıları ilə təsvir və təhlil etmişlər. Son illərdə Qərbin öz içində çox saylı akademisyenlər Qərb mifini dağıtmaqdadırlar.

Qərb mədəniyyəti və sistemi bəşəriyyətə inkişaf modeli, örnək olmaqdan çıxmaqdadır.

İlham Əliyevin Avropa haqqında dediklərinə, nöqtəsinə -vergülünə qədər qatılırıq. Bəli biz Avropa deyilik. Biz Türkük, Asiyayıq, Şərqik, Müsəlmanıq, Ordu Millətik. 

Biz Türklər öz sivilizasiya dəyərləri, siyasi və mədəni sistemi, düzən anlayışı olan, Allah-insan, insan-təbiət, insan-insan, insan-Dövlət münasibətləri haqqında öz təsəvvürü olan super sistem qurucu millətik. Avropa son 500 ildə super sistem olmuşdur. Biz Türklər tarixin bütün çağlarında super sistem olmuşuq. Hər bir super sistemin arxasında bir mədəniyyət dayanır. Dünya təsəvvürü və fəlsəfə dayanır. Bəli biz Avropa deyilik. Bizim mədəniyyətimiz Türk mədəniyyətidir.

Biz Türk Mədəniyyətinin və super sisteminin yenidən qurulmasına çalışmalıyıq. Azərbaycanın dövlət strategiyası, milli ideyası Turan sistemini və sivilizasiyasının qurulması olmalıdır. İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk ailəsidir, bizim yolumuz Türk Birliyinədir. İlham Əliyevin bu siyasətini dəstəkləyirəm.

Türk dövlətlərini “Made in Turan

               Rusiya Türk Birliyi qarşısında ən böyük əngəldir!

Lakin onu da deməyi özümə borc bilirəm ki, Bizi 200 il işğal və müstəmləkəçilik altında saxlayan Rusiya tarixi, mədəniyyəti, dövləti də qan və müstəmləkəçilik üzərində qurulub. 

Rusiya dövləti öz tarixinin 600 ilini fasiləsiz olaraq Türklərlə müharibəyə həsr edib. Rusiya Türk coğrafiyasında, Türk Torpaqları üzərində, Türk mədəniyyəti üzərində qurulub. Rusiyanın tarixi torpaqları Moskva və ətraf əraziləri əhatə edir. Rusiya tarixi etnoqrafik ərazilərinə çəkilməlidir. Rusiya tarixi də Qan və Müstəmləkəçilik tarixidir. Rusiya Qan töküb. Türk Qanını töküb, Türk qanı üzərində bərqərar olub.Rus Tarixi Türklərlə savaş tarixidir.

Türk Millətinə Ruslar qədər zərbə vuran dövlət, millət olmayıb. Rusiya Qızıl Orda dövlətini işğal edib, çökdürüb, Qacar Türk imperatorluğunun, Osmanlı imperatorluğunun çökdürülməsində Rusiya iştirak edib. Azərbaycan üzərində xaçlı Ermənistan dövləti qurub. Rusiya Türk-Turan-İslam düşmənidir. 

Rusiyanın Azərbaycandakı 300 rus dilli məktəbləri bağlanmalıdır. Rus dilinin rəsmi tədrisi qadağan edilməlidir. Azərbaycan Rusiyanın periferiyası, arxa bağçası olmaqdan çıxmalıdır.

Yolumuz nə AvroAtlantik sistemədir, nə Avrasiya sisteminədir. Yolumuz Turan sisteminədir.

Biz AvroAtlantik sistemi sorğuladığımız kimi, Avrasiya sistemini də sorğulayırıq.

Avrasiya sistemi Rus-slavyanları mərkəz, türk-müsəlmanları çevrəyə alan bir sistem olduğu üçün qüsurludur. Türk-müsəlman mədəniyyəti, Rus-slavyan mədəniyyətinin alt qatı ola bilməz. Rus mərkəzli Avrasiya sistemini protesto edirəm. Türk mərkəzli Avrasiya sistemi isə perspektivdə yenidən nəzərdən keçirilə bilər.

Tarixdə iki Avrasiya modeli qurulub:

  1. Çingiz Xanın Türk-Turan mərkəzli Avrasiya modeli. Çingiz Xan İmperiyası.
  2. Stalinin Rus-kommunist mərkəzli Avrasiya modeli-SSRİ.

Gələcəyin strategiyası kimi Çingiz Xan Avrasiyaçılığı yenidən öyrənilməlidir.

Qan və müstəmləkəçilik üzərində qurulmuş Rusiya Qafqazı tərk etməlidir ki, Qafqaz mərkəz olmaqla Qərb Türkləri (Türkiyə) ilə Şərq Türkləri (Türküstan) etnik-coğrafi-kültürəl baxımından bir -birinə qovuşa bilsin. Rusiya Türk Birliyi qarşısında ən böyük əngəldir!

Hesab edirəm ki, Rusiyanın Azərbaycanda nə bir əsgəri, nə də bir rus dilli, rus başlı adamı qalmamalıdır.

Yasəmən Qaraqoyunlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam