Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hamı “müharibə olacaq” deyir -Yeni toqquşma ehtimalı gündəmi zəbt edib: Məqsəd nədir?

Biz çıxılmaz vəziyyətdəyik, Paşinyanı vəzifədən kənarlaşdırmalıyıq. Ölkəmiz mümkün hücum zamanı özünü müdafiə etməyə hazır olmalıdır, lakin bu istiqamətdə heç bir iş görülmür”.

Yenixeber.org: Bu barədə aprelin 8-də jurnalistlərlə söhbətində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib.

Onun sözlərinə görə, son vaxtlar hökumətdə baş nazirin müavini Mher Qriqoryanın danışıqlar zamanı uğursuzluğa düçar olması və xəritələri bilməməsi ilə bağlı xeyli qızğın müzakirələr gedib.

O, Ermənistan parlamentinin sədrinə müraciət edərək deyib: “Siz 4+4 düsturunu başa düşürsünüz? Əvvəlcə 4 kəndi, daha sonra 4 anklavı təslim edirik. Dövlətin ikinci adamı (Ermənistan parlamentinin sədrini nəzərdə tutur – red.) bunu ya bilmir, ya da satqındır. Paşinyan, Armen Qriqoryan, Alen Simonyan kimi adamlarla işləmək mümkün deyil”.

Onun iddiasına görə, guya İlham Əliyev onun heç bir xəritəyə ehtiyacı olmadığını deyib. Çünki bu xəritələrə görə Ermənistanın Azərbaycana verəcək heç bir şeyi yoxdur.

Amma xəritələr keçmirsə, Paşinyan niyə 1991-ci il bəyannaməsindən danışır? Azərbaycan bu bəyannaməyə tüpürmək belə istəmədiyini bildirir. Müharibə olacaq və mən bilirəm ki, biz qalib gələcəyik. Bugünkü düşmənimiz Azərbaycan deyil”, – deyə sabiq baş nazir yekunlaşdırıb.

Həmin gün “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan da Voskepar sakinləri ilə görüşündə daha bir apokaliptik bəyanatla çıxış edib.

2020-ci ildən sonra Türkiyə-Azərbaycan tandemi Ermənistan ətrafında halqanı tədricən sıxışdırır.

Bütün bunlar bizim hakimiyyət orqanlarının razılığı, savadsız rəhbərliyin, eləcə də xəyanətkar davranışın nəticəsidir.

Qoşunlarımız 2020-ci ildə şifahi əmrlə Sünik istiqamətində 20 km geri çəkildi. Nəticədə Gorus-Qafan yolunun 20 kilometri azərbaycanlıların əlinə keçdi, Nerkin Xan mühasirəyə alındı, ermənilər Artsaxı Ermənistanla birləşdirən yoldakı bir neçə yaşayış məntəqəsindən qovuldu. Azərbaycanlılar İşxanasara qalxaraq Sevan gölü hövzəsinin yüksəkliklərinə soxuldular, Cermuka girdilər.

İndi baş verənlər Tavuş bölgəsinə çatıb. Azərbaycanın bizim ərazimizdə olduğu və 200 kvadrat kilometr ərazini işğal etdiyi bir şəraitdə heç kim özbaşına şəkildə sərhədin harada olacağına qərar verə bilməz. Əgər Azərbaycanla razılaşma yoxdursa, o zaman heç kimin “siz bu 4 kənddən imtina etməlisiniz” deməyə haqqı yoxdur” – Seyran Ohanyan bildirib.

“Ermənistan” blokunun digər deputatı İşxan Saqatelyan da vəziyyəti gərginləşdirən bəyanat verib. O hesab edir ki, “Ermənistanda hakimiyyətdə Azərbaycanın deyil, erməni xalqının maraqlarını rəhbər tutan adamlar olsaydı, güzəştə getməmək və Ermənistanın ərazi bütövlüyünü qorumaq mümkün olardı”.

“Ermənistan” blokunun digər deputatı Qarnik Danielyan da Voskeparda çıxış edərək Ermənistan hakimiyyətinə müraciət edib: “Ey, iradəsi olmayanlar, xalq niyə sizi seçib? Gəlib “Əliyevlə Ərdoğan dedilər ki, əgər bunu etməsəniz, sizi öldürəcəyik” demək üçün?

Amma məsələn, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan həmin gün jurnalistlərə deyib: “Eskalasiya riski yoxdur, hələlik mən bunu görmürəm. Bunu görəndə tam müdafiəyə keçəcəyik”.

Onun iddiasına görə, Azərbaycanın “atəş açması qaydasız, mənasız və məqsədsizdir”. “Bu, isteriyanın təzahürüdür, bu dəfələrlə baş verib və 5 aprel görüşünə heç bir aidiyyatı yoxdur”, – Koçaryan əmindir.

Onun sözlərinə görə, eyni zamanda Ermənistanın daxilində də sülh prosesinə mane olanlar var.

Beləliklə, panika ritorikası üstünlük təşkil edir, müəyyən müharibə hazırlığı göz qabağındadır. Amma bu cür əhval-ruhiyyənin carçıları nə dərəcədə ciddidirlər? Onlar özləri Azərbaycanın Ermənistana hücum etmək üçün məqam gözlədiyinə inanırlarmı?

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov bizimlə söhbətində bildirib ki, Azərbaycanın Ermənistana hücumunun qaçılmaz olduğunu bəyan edən şəxslərin özlərinin buna inanıb-inanmamasının heç bir əhəmiyyəti yoxdur.

Əsas odur ki, bu insanlar bilərəkdən qorxu və çaxnaşma yaradırlar, vəziyyəti gərginləşdirərək Paşinyana qarşı ictimai təzyiq təşkil edirlər və sülh prosesinin irəliləməsinə mane olurlar.

Bu, yeni şey deyil, həmişə olub. Ermənistanın və onun ağalarının bütün işğalçı siyasəti Azərbaycana və Türkiyəyə qarşı qorxu, panika və nifrətin istismarı üzərində qurulub. İndi onlar həmişəkindən daha ümidsizdirlər. Çünki ilk dəfədir, qorxu və panika üzərində qurulmuş siyasət iflasa uğrayır”, – Çıraqov yekunlaşdırıb.(Pressklub), Rauf Orucov



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam