Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Türkmənistan Türk Ailəsinə Qayıdır -ŞƏRH

 Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Dövlətləri Təşkilatının tamhüquqlü üzvlüyünə qərar verib.

Yenixeber.org: O bu haqda Antalya Diplomatiya Forumunda elan edib. Aşqabad doğru qərar verib. Türkmənistan buna qədər təşkilatın toplantılarına müşahidəçi kimi qatılırdı. Aşqabad türk inteqrasiyasından kənarda qalmamağa üstünlük verib.

Aşqabad eyni zamanda Avropa ölkələri ilə də əməkdaşlığı gücləndirmək istəyir. Misal üçün Türkmənistan və ATƏT il ərzində 37 birgə layihənin reallaşmasına qərar veriblər. May ayında Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısı keçiriləcək. ATƏT Aşqabadda ofisini 2023-cü ildə açıb. Bu ildən başlayaraq Türkmənistanla ATƏT arasında təmaslar genişlənib.

Türkmənistanla əməkdaşlığa Avropa İttifaqı da maraq göstərir. Brüssel Mərkəzi Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya nəqlinə çalışır. Bu səbəbdən Brüsselin Orta dəhliz layihəsinə marağı artıb. Bu layihənin reallaşmasında Azərbaycan da iştirak edir.

Moskva və Pekin Türkmənistanın Avropa ilə yaxınlaşmasından narahatdırlar. Aşqabad Rusiya və Çindən asılılığını azaltmaq istəyir. Misal üçün Türkmənistanın rəsmi mətbuatında Çin artıq “strateji tərəfdaş” kimi tədim edilmir. Bunun əvəzinə Aşqabadın ABŞ, Avropa, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığına dair məqalələr yayımlanır. Beləliklə, Aşqabad Çinə alternativ formalaşdırır. Halbuki, Çin son illərdə Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda möhkəmlənməyə çalışır. Mərkəzi Asiya ölkələri bunun təhlükəli olduğunu anlayıblar.

Bu arada, Aşqabad Türkmənistan-Çin qaz boru xəttinin genişləndirilməsi layihəsinin reallaşdırılması yubadır. Aşqabad Türkmənistan qazını fərqli bazarlara yönətlməyə və Çin bazarından asılılığını azaltmağa çalışır. Qurbanqulu Berdiməhəmmədovun Aşqabada gələn Çin nümayəndə heyətini qəbul etmək istəmədiyi də diqqəti çəkib. 

Türkmənistan üçün alternativ istiqamətlərdən biri də türk dövlətləri ilə inteqrasiyanı gücləndirməkdir. Türkmənistanın Türk Dövlətləri Təşkilatına qaydışı bu ölkənin Azərbaycanla da əməkdaşlığının gücləndirilməsinə səbəb olacaq. İki ölkə arasında birgə iqtisadi və enerji layihələrin reallaşdırılması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək. Türkmənistan Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Türkiyə də bunu istəyir. Türkmənistan qazının Türkiyəyə nəqli ya İran, ya da Azərbaycan üzərindən mümkündür. İkincinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Ankara 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam