Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MOSKVA QAZAXISTANA DA "BURNUNU SOXMAĞA" ÇALIŞIR? -Rusiyada yeni kampaniya başlayıb

Bir neçə gündür ki, Qazaxıstanda rus dilinin sıxışdırılması və rusca danışanların təqib olunması ilə bağlı Rusiya informasiya məkanında genişmiqyaslı təbliğat aparılır. Bu təbliğata əsasən Qazaxıstanda qazax türkcəsini qorumaq istəyənlər fəallaşıblar. Onlar öz dilini bildiyi halda, rus dilində danışan manqurtlrdan üzr istəməyi tələb edirlər və bunu videoya çəkirlər.

Yenixeber.org: "YouTube" sosial şəbəkəsində Qazaxıstanda rusca danışan manqurtların üzr istəməyə məcbur edilməsinə dair bir çox videolar yer alır. Belə videolar özünü qazax dilinin qorunması uğrunda mübarizə aparan bloqer Kuat Axmetovun “Til Maydani” adlı YouTube kanalında yerləşdirilir. Belə ki, Kuat Axmetov tərəfdaşları ilə birlikdə küçələrdə reydlər keçirir, mağazalara daxil olur, etiketlərin qazax dilində yazılıb-yazılmadığını yoxlayır, müştərilərə rusca cavab verən satıcıları danlayır.

Virtualaz.org-ın məlumatına görə,kanalda ilk video 4 ay əvvəl yerləşdirilib, indi onun 20 mindən çox abunəçisi var. 

Sayt xəbər veir ki, reydlər və rus dilində danışanların üzr istəməyə məcbur edilməsi barədə videoroliklərdən əlavə, kanalda Qazaxıstanda dil məsələsinin qanunvericilik yolu ilə tənzimlənməsinə dair çağırışlar da yer alır: "Auditoriyası ilə də geniş olmayan (20 min abunəçisi olan YouTube kanalı Qazaxıstan üçün də, Rusiya üçün də geniş auditoriyaya çıxış sayılmaz) bu YouTube kanalı və orada yerləşdirilən videoroliklər Rusiyada çox ciddi əks-kampaniyaya səbəb olub. Rusiya Daxili İşlər Nazirliyi Kuat Axmetovun ölkəyə girişinə 50 illik qadağa qoyub. (Yeri gəlmişkən Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabazadə də bu günlərdə Jirinovskiyə cavab videosunda işlətdiyi ifadələrə görə eyni qadağa ilə üzləşib).

Qazaxıstan hakimiyyəti “Til Maydani” kanalının aparıcılarını “mağara millətçiliyində” günahlandırıb, Kuat Axmetov saxlanılıb və onun barəsində inzibati tənbeh tədbirləri görülüb. Hərçənd bu tədbiri Rusiyada yetərli hesab etməyiblər.

Rus dilində danışanların üzr istəməyə məcbur edilməsi videoları ətrafında yaranmış səs-küylə eyni vaxtda-avqustun 19-da Qazaxıstan məhkəməsi yerli hüquq müdafiəçisi Yermek Tayçibekovu bir il əvvəl Rusiyanın “Tsarqrad” telekanalına verdiyi müsahibəyə görə 7 il həbs cəzasına məhkum edib. Həmin müsahibədə Tayçibekov Qazaxıstanda rusdillilərin hüquqlarının pozulması, onların aşağılanması haqda danışırdı. Hüquq müdafiəçinə qarşı milli ayrı-seçkiliyi qızışdırmaq ittihamı ilə cinayət işi qaldırıblar və onun barəsində bu cür ağır cəza kəsiblər. Bu xəbər Rusiya informasiya məkanında Qazaxıstanda rusdillilərin təqib edildiyi haqda kampaniyanı bir az da şiddətləndirib.

Qazaxıstan prezidenti administrasiyasının rəhbərinin birinci müavini Dauren Abayev bəyan edib ki, ölkədə rus dilinin sıxışdırılması tendensiyası mövcud deyil və söhbət ayrı-ayrı millətçilərin tək-tək hallarda qeydə alınan hərəkətlərindən gedir. Onun sözlərinə görə, Qazaxıstanda rus dilinin və rusdilli əhalinin sıxışdırılması barədə narahatlıq emosional xarakter daşıyır.

Amma belə görünür ki, Qazaxıstan tərəfinin bu bəyanatları Moskvanı qane etməyib və ötən gün avqustun 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə telefon danışığı aparıb və Qazaxıstanda “millətçilik, dil və milli əlamətə görə vətəndaşların diskriminasiyası” problemini müzakirə edib. Rusiya XİN-in yaydığı məlumatda deyilir ki, tərəflər “məişət millətçiliyinin və milli zəmində hər hansı diskriminasiyanın qarşısının alınmasının zəruriliyini” bildiriblər.

Lavrovla Tleuberdi arasında telefon danışığından bir gün əvvəl-avqustun 18-da Qazaxıstana səfər edən Rusiya baş naziri Mixail Mişustinin də “rusdillilərin sıxışdırılması” mövzusunu qaldırdığı təxmin edilir. Hərçənd Mişustin qazaxıstanlı həmkarı Əsgər Maminlə görüşü zamanı “Qazaxıstanda rus dilinə diqqətli yanaşmaya görə” təşəkkür edib.

 “Rus dili Qazaxıstanda rəsmi dil statusundadır, o dövlətlərarası və millətlərarası ünsiyyətdə mühüm alətdir, bizim insanlarımız arasında əlaqələrin möhkəmlənməsinə imkan yaradır”,-Rusiya baş naziri deyib.

Rusiya KİV-ləri isə yazırlar ki, görünür Mişustin bu sözləri ironiya ilə deyib, yaxud Qazaxıstanda “rusdillilərin sıxışdırılmasının” Moskva tərəfindən izlənildiyini eyhamla çatdırmaq istəyib.

Lenta.ru portalı yazır ki, son illər rusdilli əhalinin sıxışdırılması xəbərləri əsasən keçmiş SSRİ-nin qərb cihanından gəlirdi. Orta Asiyada isə son vaxtlara qədər belə problem yox idi. “Amma orada hakimiyyətlər uzun illər millətçi siyasət aparıblar və indi bu siyasət öz bəhrəsini verir”,-məqalədə deyilir. Bildirilir ki, Qazaxıstan siyasətində liberal-demokratlar, qərbə bağlı məmurlar öz mövqelərini möhkəmləndiriblər. Qazaxıstanda təhsil islahatlarına əsasən 2023-cü ilə qədər bütün şagirdlər üçün qazax dili tədris edilməlidir. Habelə 2017-ci ildə Qazaxıstanın kirill əlifbasından latın əlifbasına keçməsi haqda qərar qəbul edilib. Bildirilir ki, Qazaxıstanda rusdilli məktəblərin sayı tədricən azalır, universitetlərdə rus dilinin tədrisi proqramdan çıxarılır.

Ümumiyyətlə, Rusiyanın əksər KİV-ləri, o cümlədən Kremlin əsas təbliğat ruporu “Rossiya 24” hər gün Qazaxıstanda “rusdillilərin təqib olunması” mövzusunu qabardır və geniş kampaniya aparır. Və bu, daha çox təşkil olunmuş kampaniyaya oxşayır".

Bəs bu kampaniyanın hansı uzağa gedən nəticələri ola bilər?

"Bəllidir ki, Rusiya dairələri bir qayda olaraq bu və ya digər keçmiş sovet respublikasını hədəf alanda, onunla bağlı hansısa planlar quranda “rusdillilərin təqib olunması” amilindən fəal istifadə edirlər. Bu təbliğat istər Baltik ölkələrinə, istər Gürcüstana, istər Ukraynaya qarşı aparılıb, aparılmaqdadır. 

Və bu məqamda Rusiyanın bəzi millətçi dairələrinin və siyasətçilərinin, o cümlədən bədnam Jirinovskinin Qazaxıstanın şimal vilayətlərin Rusiya torpaqları olduğu, onların Rusiyaya birləşdiriləcəyi haqda vaxtaşırı olaraq səsləndirdikləri bəyanatları xatırlatmaq lazım gəlir. Əcaba, Qazaxıstanda rusların və rus dilinin sıxışdırılması barədə başlamış kampaniya məhz bu planlar üçün zəmin hazırlamağa xidmət etmir ki?" - deyə, məqalədə bildirilir. 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam