Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SSRİ-nin müdafiə nazirləri: Trotskidən Yazova qədər –torbatikənlər, xəyanətkarlar

Yenixeber.org: Dünyanın təxminən 20-yə yaxın ölkəsinin öz ordusu yoxdur və bu ölkələrdə Müdafiə Nazirliyi adlı qurumlar fəaliyyət göstərmir. Digər ölkələrdə isə Müdafiə Nazirliyi ən mühüm qurumlardan biri sayılır və müdafiə naziri vəzifəsinə təyinat ciddi müzakirələrdən sonra baş tutur.

SSRİ-də də Müdafiə Nazirliyi ölkənin əsas güc strukturu sayılaraq birincilərin xüsusi diqqətində saxlanılıb. 70 illik mövcudluğu dövründə SSRİ-də 25 nəfər müdafiə naziri vəzifəsinə təyin olunub, onlardan bir neçəsi bu vəzifəyə iki dəfə təyin edilib. Amma bu təyinatların çoxu heç də uğurlu olmayıb. Daha doğrusu, kimlərsə müdafiə naziri vəzifəsində ölkənin birinci şəxsi üçün sərfəli kadr sayılmayıb, yaxud onun üçün təhlükəyə çevrilib. Dünya tarixində ordunun dövlət çevrilişlərinə cəhd etməsi, bir çox hallarda bu cəhdlərin baş tutması kimi faktlar sovet liderlərini müdafiə nazirlərinə qarşı daha diqqətli olmağı məcbur edib.

22.jpg (58 KB)

Məsələn, SSRİ-nin ilk müdafiə naziri (bu qurum və vəzifə müxtəlif dövrlərdə fərqli adlarda olub) Lev Trotski bu vəzifədə iki ildən az bir müddətdə işləyib. İosif Stalin Trotskini özünə ciddi rəqib sayaraq vəzifəsindən uzaqlaşdırıb.

Hərbi nəzəriyyəci sayılan Mixail Frunza cəmi 9 ay müdafiə naziri olub. Ağır mədə xəstəliyindən vəfat edən naziri, bəzi versiyalara görə, Trotski öldürtdürüb. Belə ki, Trotski Frunzenin onun yerinə keçməsini qəbul edə bilməyib.

b3698a9ab09d288e41419697671c21ad_ce_5266x3285x0x11_cropped_960x600.jpg (123 KB)

Stalinin ən yaxın silahdaşlarından biri olan Kliment Voroşilov 1925-ci ildən 1940-cı ilə qədər orduya rəhbərlik edib. 1934-cü ildə SSRİ Xalq Müdafiə Komissarlığı məhz onun dövründə yaradılıb.
Müharibə illərində müdafiə naziri vəzifəsini Stalin özü daşıyıb və 1947-ci ilə qədər digər vəzifələri ilə yanaşı, həm də müdafiə naziri olub.

Araşdırmaçıların qənaətinə görə, ən uğursuz müdaiə naziri sayılan Nikolay Bulqanin bu posta iki dəfə təyin olunub, o, 1947-1949 və 1953-1955 illərdə bu vəzifəni tutub.

ZDRBv-j2I4Y.jpg (74 KB)

 

Marşal Aleksandr Vasilevski ən layiqli nazirlərdən biri sayılıb. Müharibədə böyük nüfuz qazanan Vasilevskiyə 4 il nazir postunda işləməyə imkan veriblər.

88115208.jpg (83 KB)

SSRİ-nin ən yadda qalan müdafiə naziri “Qələbə marşalı” Georgi Jukov olub. Ancaq o, siyasi rəhbərliyin təzyiqlərinə daha çox məruz qalıb və hər addımında xəyanətlərlə üzləşib. Nikita Xruşovla hələ müharibə illərindən yaxın dostluq münasibətləri olan Rodion Malinovski hər dəfə baş katiblə görüşündə Jukovun təhlükəli bir şəxs olduğunu ona xatrladıb və bütün mümkün variantlardan istifadə edərək Jukovu bu vəzifədən uzaqlaşdırmağa nail olmaq istəyib. Xruşov bu istəyi 1957-ci ildə reallaşdırıb, Jukovu nazir vəzifəsindən azad edərək Malinovskini onun yerinə təyin edib.

grechko-andrey-antonovich_a0abd18d105acf9a6484ac8925c9f700.jpg (76 KB)

Rodion Malinovski ən uzunömürlü nazirlərdən biri olub, o, 1957-ci ildən, ömrünün sonuna, 1967-ci ilə qədər orduya rəhbərlik edib. Müdafiə naziri 1964-cü ildə Xruşovun devrilməsi zamanı köhnə dostuna xəyanət edərək saray çevrilişinin ən fəal üzvlərindən biri olub.

Malinovski Xruşova qarşı çıxaraq Brejnev komandasında öz mövqelərini möhkəmləndirib. Amma Brejnev Malinovskini müdafiə naziri vəzifəsində görmək istəməyib. Malinovskinin Xruşova dediyi sözləri, Andrey Qreçko Brejnevə təkrar edib, Malinovskinin təhlükəli adam olduğunu hər dəfə ona xatırladıb. Məqsəd isə nazir kürsüsünə əyləşmək olub. Brejnev Malinovskini vəzifəsindən azad etmək üçün variantlar, bəhanələr axtarıb. Amma heç bir tutarlı əsas tapa bilməyib.

Malinovskinin gücü ondan ibarət olub ki, o, müharibə illərində həm Xruşovun, həm də Brejnevin fəaliyyətinə çox yaxından bələd olub. Hər iki lider onu da yaxşı biliblər ki, ana söyüşü ilə danışmağa adət edən Malinovski istənilən vaxt onlar haqqında lətifəyə çevriləcək hadisələr danışa bilər. Buna görə də hər ikisi Malinovski ilə ehtiyatla davranıb.

Marşal Aleksandr Vasilevski ən layiqli nazirlərdən biri sayılıb. Müharibədə böyük nüfuz qazanan Vasilevskiyə 4 il nazir postunda işləməyə imkan veriblər.

 

scale_1200.jpg (96 KB)

Xruşovdan fərqli olaraq Brejnevin müdafiə nazirindən canını qurtarmaqda bəxti gətirib. Malinovski 1967-ci ildə bir neçə ay davam edən xəstəlikdən sonra vəfat edib. O, ömrünün son aylarını xərçəng xəstəliyinin yaratdığı dəhşətli ağrılarla yaşayıb.

Brejnev 18 illik hakimiyyəti dövründə Malinovskidən sonra iki nazir təyin edib. Həm Andrey Qreçko, həm də Dmitri Ustinov baş katiblə təkcə xidməti münasibətdə deyil, həm də çox yaxın dostluq münasibətlərində olublar.

1553684800.jpg (82 KB)

Dmitri Yazovu çıxmaq şərtilə sonrakı nazirlər, Sergey Sokolov, Mixail Moiseyev və Yevgeni Şapoşnikov orduya qısa müddətli rəhbərlikləri ilə çox da yadda qalmayıblar. Yazov isə SSRİ-nin hərb tarixində əli qana batmış marşal kimi tarixə düşüb.

Göründüyü kimi, 70 il mövcudluğu dövründə SSRİ-də müdafi nazirləri “təhlükəli” şəxslər sayılmaqla yanaşı, həm də Mərkəzi Komitə rəhbərlərinə vəzifə dayaqlarını saxlamaq üçün bir vasitə olublar. Yalnız Stalin yeganə dövlət başçısı olaraq, SSRİ-nin ən ağır illərində heç bir ali rütbəli hərbçiyə inanmayaraq müdafiə naziri kürsüsünü özü məşğul edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam