Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan blokadadan niyə çıxa bilmir: Sülh sazişi imzalamasa, ona “nəfəslik” verilməyəcək

 

Ermənistan Azərbaycan ərazilərindən tamamilə çıxaraq, özünün beynəlxalq hüquqla təsbit olunmuş sərhədləri içərisinə çəkilməlidir: əks halda...

Yenixeber.org: Ermənistan cəmiyyətində parçalanma getdikcə daha da dərinləşir. Sərhəd bölgəsində yaranmış son vəziyyət erməniləri kəskin siyasi-ictimai ziddiyyətlərə sürükləyib. Və bu situasiya Ermənistanda ölkədaxili qarşıdurmanı daha da intensivləşdirib.

Hazırda Ermənistanda iki siyasi-ideoloji cərəyan arasında həlledici mübarizənin mövcud olduğu müşahidə edilməkdədir. Onlardan birincisi Ermənistanın ənənəvi “xülya ideologiyası”nın daşıyıcılarıdır. Bu siyasi-istimai cərəyanın təmsilçiləri Cənubi Qafqaz regionunda yaranmış yeni situasiyanın şərtlərini heç cür qəbul etmirlər. Mövcud situasiyanın dəyişdirilməsi üçün müxtəlif siyasi təxribatların törədilməsinə cəhdlər göstərirlər.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Ermənistan əhalisi arasında keçmiş korrupsioner hakmiyyətin, daha dəqiq desək, Qarabağ klanının tör-töküntüləri kimi qəbul edilən bu revanşist cərəyanın qarşısında isə Paşinyan hökuməti müdafiə mövqeyi tutub. Düzdür, Paşinyan hakimiyyəti üçün də indiki regional situasiya qətiyyən əlverişli deyil. Hətta ciddi şəkildə siyasi diskomfort belə, yaradır. Ancaq Ermənistanın mövcud hakimiyyəti 44 günlük savaşdan sonra yaranmış vəziyyətin dəyişdirilməsinin asan məsələ olmadığını da anlayır.

Təbii ki, məhz bu səbəbdən də Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyinin məhz yeni regional şərtlərə uyğun şəkildə yenidən dizayn edilməsinə daha çox meyillidir. Hətta buna qarşı çıxanları – Qarabağ klanının tör-töküntülərini Ermənistanı məqsədli şəkildə yeni fəlakətlərə sürükləmək niyyətində ittiham edir. Və bu, siyasi-ictimai qarşıdurmanın dərinləşməsinə yol açır.

Buna misal olaraq, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın öz siyasi rəqiblərini yeni savaş planları qurmaqda günahlandırmasını göstərmək olar: "Özünü müxalifət adlandıranlar əllərindən gələn hər şeyi edirlər ki, Azərbaycan əsgərləri “Ermənistan əraziləri”ni (Qaragöl) tərk etməsinlər. Həsrətini çəkdikləri müharibənin başlamadığını görərək, alışıb-yanırlar. Üstəlik, hər kəs bilməlidir ki, hökumətin hərəkətlərində hər hansı bir gizli plan yoxdur və ola da bilməz".

cqafff-unnamed.jpg (26 KB)

Erməni baş nazir bu açıqlama ilə Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya prosesinin qaçılmaz olduğunu qabartmağa çalışır. Üstəlik, Paşinyan hakimiyyəti dəyişsə belə, onu əvəzləyəcək siyasi qüvvə də bu prosesin icrasına məcburdur. Bunun əksinə atılacaq addımlar isə gərginliyə, hətta yeni silahlı toqquşmalara yol aça bilər.

Paşinyan hakimiyyətinə qarşı daxili təzyiqlərin artması erməni baş naziri daha açıq danışmaq məcburiyyətində buraxıb. Parlamentin son toplantısında sərhədlərin demarkasiyasının vacibliyini qabardan baş nazir N.Paşinyan bu məsələnin normal müzakirələr şəraitində həll edilməli olduğunu da vurğulayıb: “Hazırda Ermənistanın nəzarətində vaxtilə sovet Azərbaycanının tərkibinə daxil olan ərazilər var. Eləcə də Azərbaycan sovet Ermənistanına aid olmuş bəzi ərazilərə nəzarət edir. Bu məsələlər Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası üzrə üçtərəfli komissiyanın iştirakı ilə həll edilməlidir”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti problemin siyasi-diplomatik danışıqlar yolu ilə həllində israrlıdır. Böyük ehtimalla bu məsələ ətrafında hərbi faktorların ön plana keçəcəyi təqdirdə, prosesin Ermənistanın xeyrinə olmayacağını da tam dəqiqliyi ilə bilir. Ermənistanın Azərbaycana məxsus bəzi əraziləri mənimsədiyini rəsmən etiraf edir. Ancaq buna guya Azərbaycanın nəzarətində də “sovet Ermənistanına aid ərazilər”in olması barədə iddianı əlavə etməklə, daxili müqaviməti nisbətən zəiflətməyə cəhd göstərir. Halbuki Ermənistanın deyil, məhz yalnız Azərbaycanın öz hüquqi sərhədlərini hələ tam bərpa edə bilmədiyini də anlayır.

1577844676_290_244_1251_784_1920x0_80_0_0_5f64a28be05756ae1725e016c01cbf74.jpg (238 KB)

Maraqlıdır ki, baş nazir N.Paşinyan məhz sərhədlərin demarkasiya və delimitasiya prosesinin Ermənistan üçün xilas qapısını aça biləcək ilk addım olacağını da qətiyyən gizlətmir. Onun fikrincə, Ermənistan hakimiyyəti ölkəni yeni dinc inkişaf mərhələsinə keçirtməyə borcludur: “Ancaq xəyallara qapılmaq da olmaz. Çünki hər şey yalnız bizdən asılı deyil. Ona görə də, siyasi iradə nümayiş etdirib, “tost məntiqi”ndən nizamlama məntiqinə keçməliyik”.

Təbii ki, Paşinyan hakimiyyətinin belə mövqeyə yaxınlaşması məhz Azərbaycan dövlətinin qüdrəti ilə birbaşa başlıdır. Hər halda, yəqin ki, Ermənistan siyasi dairələrində Azərbaycanla növbəti hərbi qarşıdurmanın necə nəticələnə biləcəyini təxmini də olsa, təsəvvür edirlər. Bu baxımdan, Paşinyan hakimiyyətinin dinc danışıqlar mövqeyində dayanması məhz hərbi yolun Ermənistan üçün fəlakət vəd etməsindən qaynaqlanır.

Şübhəsiz ki, sərhədlərin demarkasiya və delimitasiya prosesi Azərbaycan üçün də əsas prioritet hədəflərin sırasındadır. Hər halda, bu proses bir çox problemin həllinə yol aça bilər. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması məhz bu prosesin nə vaxt sona çatmasından asılıdır.

prezident-herbi.jpeg (46 KB)

Məsələ ondadır ki, sülh sazişinin imzalanması üçün hər iki ölkə qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hər iki qarşıduran tərəfin bir-birinə ərazi iddiası qalmamalıdır. Yalnız bundan sonra Paşinyan hakimiyyətinin böyük səbrsizliklə gözlədiyi nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesinə start verilə bilər.

Onu da qeyd edək ki, rəsmi Bakı bütün bunlara hazır olduğunu qətiyyən gizlətmir. Hətta Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu da bəyan edib. Sadəcə, bunun baş verməsi üçün Ermənistanın əvvəlcə Azərbaycan ərazilərindən tamamilə çıxaraq, özünün beynəlxalq hüquqla təsbit olunmuş sərhədləri içərisinə çəkilməsi lazımdır. Və bu, reallaşmayana qədər Ermənistanın blokadadan çıxmaq ümidləri doğrula bilməz.

Göründüyü kimi, Ermənistan iki seçim qarşısında qalıb. Ya ən qısa müddətdə sülh sazişinin imzalanmasına imkan verən problemlərin həllinə çalışacaq. Ya da Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş sərhədlərini birtərəfli qaydada müəyyən edəcək. Və bu halda, Ermənistanın blokadadan çıxması o qədər də asan olmayacaq. Yəni, hələ uzun müddət regional iqtisadi-ticari layihələrdən kənarda qalmalı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam