Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

 

Bir neçə gün bundan əvvəl Şirvanda baş vermiş intihar hadisəsinə dair sensasion detallar məlum olub

"Xeberinfo.com":  Məlumata görə “Azərbaycan Dəmir Yolları” QSC-nin yerli idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır.
Üstəlik məlum olub ki, həmin idarənin rəisi nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərindən biridir.
İnformasiya agentliklərinin xəbərlərində deyilirdi ki, iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.
İntihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin baş mühasibi olub. İntiharın mümkün səbəblərinin araşdırıldığı göstərilirdi.
İndi isə virtualaz.org saytı özəl mənbələrdən məlumat əldə edib ki, həmin idarədə Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılıb. Yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. 
Həmin yanacaq “Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.
Məlum olub ki, idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir. Cavid Qurbanovun göstərişi ilə pozuntularda adı keçən bütün vəzifəli şəxslərin, o cümlədən Adil Məhərrəmovun işdən çıxarılacağı gözlənilir.
Adil Məhərrəmov isə virtualaz.org saytının əməkdaşının onun başçılıq etdiyi idarədə aparılmış yoxlama barədəki sualını cavablandırmaqdan imtina etdi. İdarə rəisi əvvəlcə məlumatın mənbəyi ilə maraqlandı.
“Bunu sizə kim deyib?”- deyə rəis əsəbi tonda soruşdu.
Daha sonra “Yoxlama barədə məlumatı sizə kim veribsə, gedin onunla dəqiqləşdirin, bizdə yoxlama-filan olmayıb” deyib, telefonu qapatdı.
Virtualaz.org 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam