Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

TİXANOVSKAYA LİTVADADIR -Müxalifət liderinə qarşı sui-qəsd hazırlanıb?

Belarusda prezidentliyə müxalifətin namizədi Svetlana Tixanovskaya Litvaya gedib. Bu haqda Litvanın Xarici işlər naziri Linas Linkeviçus avqustun 11-də tvitində yazıb.

Yenixeber.org: Bu məlumat Belarusda mübahisəli 9 avqust prezident seçkisinin nəticələrinə etirazların ikinci gecəsindən sonra yayılıb. Etirazlarda azı bir nəfərin öldürüldüyü xəbər verilir.

Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) prezident Aleksandr Lukaşenkonın 80 faiz səslə təkrar bu posta seçildiyini elan edib. Tixanovskayanın isə səslərin 9.9 faizini yığdığı açıqlanıb.

Tixanovskaya avqustun 10-da seçki komissiyasının binasını tərk edəndən sonra seçki qərargahı onunla telefon əlaqəsi qura bilməmişdi. O, daha öncə jurnalistlərə demişdi ki, seçkini Lukaşenko deyil, o qazanıb.

“O, Litvaya çatıb, salamatdır”, – Xarici işlər naziri Linas Linkeviçus Twitter-dəki açıqlamasından sonra Fransanın “AFP” agentliyinə informasiyanı təsdiqləyib.

Xatırladaq ki, Belarus xüsusi xidmət orqanları Tixanovskaya qarşı sui-qəsd hazırlandığını açıqlayıb. Onu qurmaq üçün 120 xüsusi hazırlıqlı KQB əməkdaşının S. Tixanovskayanın qərargahına səbərbər edildiyi bildirilib.

Vaxtilə Sovet İttifaqının tərkibində olmuş, hazırda AB və NATO üzvü Litva Belarus və Rusiyadan müxalifətçilərə sığınacaq verməsilə ad çıxarıb.

Belarusda nümayişçilər artıq 23 ildir ki, ölkəyə rəhbərlik edən prezident Aleaksandr Lukaşenkonu qalib elan etmiş seçkinin nəticələrinə etiraz edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam