Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ÖLKƏNİ BÜRÜYƏN ETİRAZLAR LUKAŞENKONU "YUMŞALTDI" -Saxlanılanlar buraxılır

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə davam etməkdə olan etirazlar zamanı saxlanılanlarla bağlı faktları araşdırmağı tapşırıb.

Yenixeber.org: Bu haqda Belarus parlmentinin yuxarı palatasının spikeri Natalya Koçanova bildirib.

Onun sözlərinə görə, prezident “əmək kollektivlərinin mövqeyini eşidib” və bu istiqamətdə iş aparılmasını tapşırıb. 

“Artıq bu gün axşam min nəfərdən çox adam icazəsiz aksiyalarda iştirak etməmək barədə iltizam alınaraq buraxılıb, yetkinlik yaşına çatmayanlar valideyinlərinin nəzarətinə təhvil verilib”,-o deyib.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalara təhlükəsizlik qüvvələri sərt müdaxilə edib, minlərlə adam saxlanılıb. OMON-un saxlanılanlarla qəddar rəftarı etirazlardan kənarda duran insanları da hiddətləndirib, ötən gün Belarusun bir neçə iri zavodunda işçilər tətilə çıxdıqlarını elan ediblər.

Etirazların böyüməsi daxili işlər naziri Yuri Qarayevi aksiyaların dağıdılması zamanı xəsarət alan təsadüfi adamlara görə məsuliyyəti üzərinə götürməyə, üzr istəməyə məcbur edib.

Bu arada “Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən Tvitterdə yazıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. 

Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam