Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Neftin qiyməti dəyişərsə, büdcəyə yenidən baxmaq olar"

 

 

Neftinin qiymətinin getdikcə ucuzlaşması ilə əlaqədar dövlət büdcəsinə yenidən baxılacaq. İlkin məlumatlara görə, Azərbaycanın 2016-ci il büdcəsi cari ilin may-iyun ayında müzakirəyə çıxarılacaq. 

Xeberinfo.com:  Millət Məclisin deputatı Vahid Əhmədov açıqlamasında bildirib ki, büdcəyə edilən dəyişiklikdə neftin qiyməti 30 dollardan götürülə bilər. 

“Büdcədə neftin qiyməti ilə bağı müxtəlif fikirlər səsləndirilir. Bir çoxları neftin qiymətinin ilin ikinci yarısında artacağını, digəri isə əksinə daha da ucuzlaşacağını deyir. İndiki reallığı nəzərə alsaq, hesab edirəm ki, büdcədə neftin qiyməti 1 barel üçün 30 dollar səviyyəsində götürülməlidir. Qiymət dəyişərsə, büdcəyə yenidən baxmaq olar”. 

Büdcədə hansı xərclərin azaldılacağına gəlincə, V.Əhmədov vurğulayıb ki, ölkə başçısının göstərişi ilə sosial xərclər dəyişməyəcək: “Tikinti və digər sahələrlə bağlı xərclər müəyyən müddətə dayandırıla bilər. Bu barədə dövlət büdcəsi təqdim olunanda bilinəcək. Büdcəni müzakirə edəndə Maliyyə Nazirliyi bəyan etdi ki, neftin qiymətinin dəyişməsi ilə bağlı bir neçə variant hazırlanıb, onların hər birinə baxılacaq və qərar qəbul ediləcək”.

Qeyd edək ki, ötən il dekabrın 8-də prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi təsdiqlənib. 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində nəzərdə tutulub.

Dövlət büdcəsində neftin 1 barel üçün qiyməti 50 dollar götürülsə də, “qara qızıl”ın qiyməti getdikcə aşağı düşür. Hazırda neftin qiyməti 30 dollara yaxındır. Ekspertlər neftin daha da ucuzlşacağını deyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam