Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BP xərclərini 22 milyard dollar azaldır

 

Neft nəhəngi BP bu gün - fevralın 3-də 2015-ci il üçün xərclərini nəhəng məbləğdə ixtisar etdiyini açıqlayacaq.

"Xeberinfo.com":  Məlumata görə, bu haqda ingilisdilli “Rossia Today” telekanalı məlumat yayıb.

Şirkət bu addımı dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və ötən ilin dördüncü kvartalında gəlirlərinin 40 faiz azalması ilə izah edir.

Xərclərin ixtisarı BP-nin Şotlandiyanın Aberdin şəhərindəki ofisində yüzlərlə iş yerinin və qlobal miqyasda minlərlə işçinin ixtisarından sonra qərara alınıb.

Gözlənilir ki, BP-nin icraçı direktoru Robert Dadli şirkətin 2015-ci il üçün xərclərinin 15 faizdən çox azaldılacağını elan edəcək. Bu isə 22 milyard dollar deməkdir. Bununla belə şirkət il ərzində yeni işçilər ixtisar etməyəcək.

Ötən ilin dekabrında BP elan edib ki, restrukturlaşmaya 1 milyard dollar xərcləyəcək. Bu xərclərin hesabına iş yerlərinin sayı azaldılacaq. Şirkət artıq Trinidad və Tobaqo, Hyuston (ABŞ) və Bakıdakı ofislərində minlərlə işçini ixtisar edib.

2015-ci il üçün xərclərin hansı istiqamətlər üzrə ixtisar ediləcəyi hələ məlum deyil. BP-dəki mənbələr ixtisarların əsaslı xərclərin azaldılması hesabına baş verəcəyini deyib. Bu isə şirkətin bəzi investisiya layihələrini təxirə salması demək olacaq.

BP ilə yanaşı digər iri neft şirkətləri də xərclərini azaldır. ABŞ-ın “Shell” şirkəti ötən ay 525 işçisini ixtisar etdiyini bildirib. Gözlənilir ki, şirkət yaxın üç il üçün xərclərini 15 milyard dollar ixtisar edəəck. “Shevron” şirkəti isə xərclərini 13 faiz azaldacaq.

“ConocoPhillips” şirkəti isə kapital xərclərini 11,5 milyard dollar azaldacağını elan edib. Həmçinin şirkət Polşada şist qazı hasilatını ixtisar edəcəyini açıqlayıb.

“ExxonMobil” və “Total” şirkətləri də öz ölkələrində şist nefti hasilatını azaltmağa hazırlaşırlar. Çünki indiki aşağı qiymətlərdə şist nefti hasilatı sərfəli deyil.

Lakin analitiklərin qənaətinə görə, dünya bazarlarında neftin kəskin ucuzlaşması ən çox BP-yə zərbə vurur. Çünki şirkət ABŞ-ın Meksika körfəzindəki neft platformasında 2010-cu ildə baş vermiş partlayışa görə milyardlarla dollar cərimə ödəməlidir

Qeyd edək ki, BP-nin investisiya layihələrindən biri də Azərbaycanın “Şahdəniz-2” qaz yatağında hasilat işlərinin başlaması və təbii qazın Türkiyəyə nəqli üçün infrastrukturun yaradılması, yəni TANAP kəmərinin çəkilməsidir. Bu layihə cəmi 45 milyard dollar investisiya tələb edir və BP “Şahdəniz” yatağı üzrə konsorsiumun operatoru kimi xərclərin əhəmiyyətli hissəsini ödəməlidir. Bu baxımdan BP-nin 2015-ci il üçün büdcəsində kəskin ixtisarlara getməsinin ”Şahdəniz” layihəsinə investisiya qoyuluşuna necə təsir edəcəyi məlum deyil.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam