Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə çökəcək...”

“Neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə çökəcək...”

“Neftin büdcədə 55 dollar götürülməsinin təsirləri başqadır, neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə bu il çökəcək, bu il maaş-təqaüd verilməyəcək”. 

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə,  ölkədə büdcə 49 faiz Neft Fondundan birbaşa transfertlə, 11 faizə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır. Neft 30 dollar da olsa büdcə öhdəliyi yerinə yeririləcək - Neft Fondundan bu il büdcəyə nəzərdə tutulan 11,350 milyard manat köçürüləcək, bunun qiymətə dəxli yoxdur. 

“Ucuz qiymətə görə büdcə neft sektorundan 500 mln. manat daha az vergi daxil olacaq ki, bu da ciddi faciə deyil”, -deyə ekspert vurğulayıb.

Bəs neftin 55 dollar götürülməsinin əsas zərbəsi nədə hiss olunacaq? Natiq Cəfərlinin fikrincə, əsas problem Neft Fondunun büdcəsində olacaq: “Bu il Neft Fondunun büdcəsinin gəlir hissəsi 12,384 milyard manat təsdiqlənib və bu gəlir qiymətin ortalama 55 dollar olması varsayımı ilə hesablanıb. Qiymət 35 dollar olsa Neft Fondunun gəlirləri, təqribən 5 milyard manat azalacaq, kəsr yaranacaq, çünki bu il üçün xərclər ümumən 11,590 milyard manat nəzərdə tutulub. Deməli, Neft Fondu öz ehtiyatlarından xərcləməli olacaq”. 

Ekspert Neft Fondunun aktivlərində əsas hissənin dollarla olmasına diqqət çəkərək bildirib ki, dünyada dollar da düşür. Bundan başqa, Neft Fondunun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır. “Düzdür, qızılda artım var, amma qızılda olan aktivlər itkiləri kompensasiya etmir”, - deyə Natiq Cəfərli əlavə edib. 

Ekspert hesab edir ki, ölkədə nəzərə alınmayan gəlirlər və manatla pul ehtiyatı var. Hazırkı situasiyada bu pul kütləsinin dollarla əvəzlənməsi başlayacaq. “Banklar da əllərində olan sərbəst manatı dollara çevirəcəklər - deməli manat təzyiq altında olacaq”, - deyə Natiq Cəfərli əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam