Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ətin qiyməti bahalaşdı

 

Paytaxt Bakıda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur

 

"Xeberinfo.com":  Məlumata görə, bir müddət əvvəl alıcı qıtlığından gileylənən satıcılar dana və quzu ətini 50 qəpik, bəzi hallarda 1 manat ucuz qiymətə təklif edirdilərsə, hazırda bir çox ət dükanlarında qiymətlər dəyişib.
Belə ki, dana əti ötən həftə 6 manat, 6 manat 50 qəpik idisə, hazırda qiymət 7 manatdır.
Məlumata görə, AzVision.az-ın əməkdaşı Bakının bir neçə ət dükanında qiymət artımının şahidi olub.
Satıcılar bahalaşmanı belə izah ediblər:
“Əvvəl rayonlardan gətirilən meyvanları bir qədər ucuz qiymətə alırdıq. İndi onlar da qiyməti qaldırdığından biz də məcbur qalıb dana ətinin qiymətini 50 qəpik qaldırmışıq”.
Alıcılar isə ucuz qiymətə satışa çıxarılan ət məhsullarının keyfiyyətindən şikayətlənirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb. Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam