Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bp-Azərbaycan" şirkəti 422 əməkdaşı ixtisar edəcək

 

"Xeberinfo.com"  Məlumata görə, bu barədə "Turan" agentliyinə şirkətin törəmə müəssisəsindəki məlumatlı mənbə bildirib.
İndiyədək 255 əməkdaş ixtisar olunub. Bunun 105-i Azərbaycan vətəndaşıdır.
Mənbə bildirib ki, "bp-Azərbaycan" təkcə ofis işçilərini ixtisar etmir. Onların 100 nəfəri hasilat və nəqliyyatda işləyir.
“Bunlar niyə ixtisar olunur?” sualına cavab olaraq bildirilib ki, «İşçilərin sayı neftin barelinin 50-60 dollar səviyyəsində sərf etmir».
Agentlik həmçinin müəyyən edib ki, "bp-Azərbaycan" ötən il “Şahdəniz 2”nin genişləndirilməsi ilə bağlı 2015-ci ildə 110 yeni işçi götürməyi planlaşdırıbmış. Amma bu, təxirə salınıb. Şirkət Landmark biznes mərkəzində iki mərtəbəni də boşaldıb. "bp-Azərbaycan" baş ofisinin yerləşdiyi PortBaku biznes mərkəzində də bir mərtəbədən imtina edib.
2014-cü ilin dekabrında bp Groupun rəhbəri Robert Dadli bildirmişdi ki, neftin ucuzlaşması ilə bağlı dünyanın bir çox yerlərində ixtisarlar olacaq. Bu yaxınlarda isə bp bəyan edib ki, cari ildə əməkdaşların maaş artımını donduracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam