Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Prezident yerli malları Avropa bazarına çıxarmaq istəyir”

 

Prezident İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda banklar, investisiya xərcləri, eləcə də milli valyutanın məzənnəsi ilə bağlı vacib mesajlar verib.

 

"Xeberinfo.com":  Dövlət başçısı bildirib ki, manatın avroya qarşı bundan sonra da bahalaşması müsbət hal deyil. İ.Əliyev qeyd edib ki, 1 manat 1 avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Dövlət başçısı bank sektoruna diqqət çəkərək real sektora kreditlərin artırılmasının vacibliyini vurğulayıb.

 

Prezidentin məlum tapşırıqları ilə bağlı Publika.az-ın suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb. 

 

- Sizcə, manatın avroya nəzərən yumşaldılmasının Azərbaycan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq? 

 

- Prezident manatın kəskin möhkəmlənməsinin qeyri-neft sektorunun ixrac qabiliyyətini müəyyən qədər azalmasına gətirib çıxardığını söylədi. Bu, tamamilə doğru yanaşmadır. Belə ki, manatın məzənnəsinin möhkəmlənməsi ölkədə istehsal olunan yerli məhsulların dünya bazarında bahalaşmasına gətirib çıxarıb. Bu da onların satış imkanlarını xeyli məhdudlaşdırır. Hazırda manatın dollara nisbətən məzənnəsi stabil qalır, avroya nəzərən isə möhkəmlənir. Bu ona gətirib çıxarır ki, 100 avro almaq üçün 87 manat ödəmək gərəkdir. Manat ifadəsində məhsulun qiyməti dəyişməsə də, avro ifadəsində bahalaşıb. Hansı ki, bu, Azərbaycanda istehsal edilən məhsulların Avropa bazarında satışı ilə bağlı xeyli çətinliklər yaradır.

 

- Belə çıxır ki, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün manatın  xüsusilə avroya nisbətən məzənnəsinin müəyyən qədər aşağı salınmasına ehtiyac var?

 

- Bəli. Bundan əlavə, manatın məzənnəsi təkcə dollara nəzərən müəyyənləşdirilməməlidir. Manatın məzənnəsi müəyyənləşdirilən zaman tələb formasında dollar və avronun məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu da Azərbaycanın ixrac qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir. Ölkə başçısının tapşırıqları da odur ki, mövcud valyuta siyasəti qeyri-neft məhsullarının ixrac qabiliyyətini aşağı salmasın, əksinə, yerli məhsulların Avropa bazarına çıxış imkanları genişlənsin. Buna da manatın avroya nisbətən məzənnəsinin azaldılması ilə nail olmaq olar. İndiki məqamda bu vacibdir. Çünki  belə bir addım neftin qiymətinin aşağı düşməsi fonunda yaranan kəsirin müəyyən qədər kompensasiya edilməsinə imkan verəcək.

 

- Prezidentin çıxışında banklarla bağlı ifadəsi də diqqət çəkdi. O bildirdi ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir.

 

- Neftin qiyməti yüksək olan zaman da ölkə prezidenti istehlak kreditlərinin payının azaldılması, real sektora ayrılan vəsaitlərin artırılması məsələsini gündəmə gətirmişdi. 2014-cü ildə real sektora ayrılan vəsaitlərin həcmində müəyyən qədər artım olsa da, kommersiya bankları real sektorun tələbini tam ödəmək imkanına malik olmadı. Kommersiya bankları hələ də real sektoru maliyyələşdirməkdə maraqlı görünmür. Halbuki bu vacibdir. Neftin qiymətinin düşməsi büdcədən həyata keçirilən investisiyaların məbləğinə təsir göstərəcək. Belə olan halda, daxili investisiyaların həcminin artırılmasına ehtiyac yaranır. Söhbət kommersiya banklarının vəsaitləri hesabına daxili investisiyaların reallaşdırılmasından gedir. Yəni, ölkə prezidentinin tapşırıqları bu investisiyaların bir qisminin kommersiya bankları tərəfindən həyata keçirilməsinə istiqamətlənib.

 

- Uzun müddətdir bankların istehlak kreditlərinə üstünlük verməsi müzakirə mövzusudur. Mərkəzi Bankın rəqəmlərində isə bu göstərici aşağıdır.

 

- Mərkəzi Bankın rəsmi statistikasına əsasən, istehlak kreditlərinin ümumi kredit portfelində payı 25 faizdir. MB bildirir ki, ölkədə orta faiz dərəcəsi 14 faizdir. Bakıda orta faiz dərəcəsi 12,5 faizdir. MB-nın faiz dərəcələrinin aşağı düşməsinə baxmayaraq, reallıqda nə 14, nə də 12,5 faizə kredit almaq mümkündür. Mərkəzi Bank orta faiz dərəcəsini azaltmaq üçün əhali tərəfindın istifadə olunmayan məhsulları da ümumi kredit portfelinə daxil edib. Bankın məlumatına görə, kredit portfelinin 83,7 faizi Bakı şəhərinin payına düşür. Amma Kəlbəcər iqtisadi zonasında kredit dərəcələri 25,6 faiz, Dağlıq Şirvanda 23,5 faiz, Lənkəranda 23,5 faiz  təşkil edir. Praktik olaraq, bu, onu göstərir ki, Mərkəzi Bank Bakı şəhərində əhalinin istifadə etmədiyi kredit məhsullarından istifadə edərək orta faiz dərəcələrini aşağı salır. Mərkəzi Bank istehlak kreditlərinin payının 25 faiz olduğunu bildirir. Eyni zamanda iddia edir ki, kredit portfelində ev təsərrüfatlarının payı 41,1 faizdir. Əslində ev təsərrüfatlarının götürdükləri kreditlərin də böyük qismi istehlak kreditləridir. Mikro kreditləri də nəzərə alsaq, məlum olur ki, istehlak kreditlərinin ümumi kredit portfelində payı heç də 25 faiz deyil. Bu pay ən az 40 faizdir. Bankların böyük qisminin sosial öhdəlikləri yoxdur. Buna görə də, onlar qısamüddətli və gəlir gətirən sahələrə vəsait yönəldirlər.

 

- İnvestisiya xərclərinə nəzarətin gücləndirilməsi nə vəd edir?

 

 

- İnvestisiya xərclərinə nəzarətin gücləndirilməsi olduqca vacibdir. Neftin dünya bazar qiyməti aşağı düşür. Neft ucuzlaşdıqca investisiya xərcləri azalır. Bu fonda vəsaitlərin səmərəli sərf olunmasına nəzarətin gücləndirilməsinə ehtiyac var. Əslində, vəsaitlərin səmərəli xərclənməsi Azərbaycan üçün həmişə aktual olmalıdır. Çünki nəzarət  büdcədən qənaətə imkan verəcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam