Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avronun düşmə səbəbi nədir?

 

"Avronun məzənnəsindəki azalmaların 2014-cü ilin sonu və 2015 ci ilin əvvələrində də davam edəcəyini proqnozlaşdırılır". 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropada müşahidə edilən durğunluq avronun məzənnəsinin aşağı düşməsini şərtləndirib:
"Eyni zamanda ABŞ-ın Federal Rezerv Bankının uçot praktikasını dəyişdirməməsi ilə bağlı qərarı dolların möhkəmlənməsinə və buna uyğun olaraq avronun məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb. ABŞ avronun məzənnəsindəki azalmaların dayandırılması və möhkəmlənməsində hər hansı bir tədbirlər həyata keçirmir. Avronun məzənnəsinin aşağı düşməsi avrozonanın ixrac qabiliyyətinin artmasına və buna uyğun olaraq ABŞ-ın ixrac qabiliyyətinin azalmasına gətirib çıxarıb. ABŞ hələ ki, avronun məzənnəsinin aşağı düşməsinə göz yumur. Mövcud vəziyyət bu ölkədəki şirkətləri ziyan çəkməsinə gətirib çıxarıb. Güman edilir ki, bu ilin yanvar və fevral aylarında avronun məzənnəsindəki azalma tendensiyası davam edəcək. Hələlik kəskin azalmalar müşahidə olunmur. Mart ayından isə Avronun məzənnəsində artımların olacağı proqnozlaşdırılır.
Federal Rezerv Bankının uçot dərəcəsinə dəyişiklik edəcəyi və yaz aylarından başlayaraq avronun məzənnəsinin yüksəlməsi, 2015-ci ilin ortalarına doğru öz mövqelərini bərpa edəcəyi gözlənilir".
Məlumat üçün bildirək ki, hazırda avronun alışı 0.9202, satışı isə 0.9327 təşkil edir.
Aktual.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam