Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

İqtisadçı alimdən benzinin qiyməti ilə bağlı açıqlama


 

Qubad İbadoğlu: “Bu, hazırkı dövrdə həm də sosial gərginliyin artması ilə bağlı narahatçılığın ifadəsidir”
“Benzinin qiymətində baş verən 2 qəpiklik artımın sonradan ləğv olunması ilə bağlı prezidentin Tarif Şurasına müraciəti bir çox həqiqətləri aşkara çıxartdı”. 
"Xeberinfo.com":  Məlumata görə, iqtisadçı alim Qubad İbadoğlu bunu son günlər yanacağın qiyməti ətrafında baş verənləri musavat.com-a şərh edərkən bildirib. 
O, ölkə başçısının qiymət artımı ilə bağlı Tarif Şurasının qərarını aşağıdakı kimi şərh etdi: “Birincisi, bu, göstərdi ki, Tarif Şurasında verilən qərar əsaslandırılmış olmayıb. Yəni qərar verilərkən onun psixoloji təsirləri, multplikativ və yanaşı effektləri düzgün qiymətləndirilməyib. O da ola bilər ki, bu istiqamətdə qiymətləndirmələr aparılmayıb. Əslində Tarif Şurası qərar verərkən onu əsaslandırmalı və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.3. maddəsinə görə, ekspert və mütəxəssislər dəvət etməklə müzakirələr keçirməlidir”. 
Q.İbadoğlunun sözlərinə görə, görünür ki, bunlar olmayıb və ya olubsa da formal xarakter daşıyıb: “Tarif Şurasının qərarının 1 gün ərzində geri çağrılması onu da göstərdi ki, Azərbaycanda iqtisadi qərarlar siyasi maraqlar üzərindən tənzimlənir. Bu isə hazırkı dövrdə həm də sosial gərginliyin artması ilə bağlı narahatçılığın ifadəsidir. Bu dəyişikliyin müsbət tərəflərindən biri də odur ki, qimətin 2 qəpik artımından sonra bizim mətbuat vasitəsilə bölüşdüyümüz fikirlər və mövqelər hərdən olsa da diqqətə alınır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam