Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

4 ölkədə turizm nümayəndəliyimiz açılacaq

 

 

Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.

Yenixeber.org: Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, ötən ildən etibarən Büro 6 bazardakı nümayəndəliklər ilə müqavilə imzalayıb və bu ilin ilk aylarından başlayaraq büro fəaliyyətə başlayıb: "Bu günki tədbirdə biz həmin nümayəndəlikləri Bakıya gətirərək bir növ hesabat görüşü  keçiririk".

O əlavə edib ki, Azərbaycan üçün prioritet istiqamət sayılan bazarların şaxələndirilməsi Turizm Bürosu üçün əhəmiyyətdir: "Bu tip tədbirlər bu prosesin dəstəklənməsi üçündür. Bunun davamı olaraq daha 4 bazarda nümayəndə ofislərinin açılması nəzərdə tutulub. Həmin bazarların seçilməsi də gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq. İlkin olaraq həmin ölkələr artıq məlumdur, sadəcə proses yekunlaşmadığından adlarını açıqlamaq düzgün olmaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam