Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda ilk:231 ailə nəhəng kooperativ yaratdı

Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir.

Yenixeber.org: Sabirabad rayonunun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında martın 1-də Sabirabad rayonun Axısxa kəndinin ərazisində “Sabirabad rayonu axısxalılar toxum istehsal kooperativi” yaradılıb.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Axısxa kəndinin vətəndaşlarına ümumilikdə 1084 ha torpaq sahəsi verilib. Yeni yaradılmış kooperativ ümumilikdə 709 nəfərdən ibarət 231 ailəni birləşdirir. Kooperativ üzvlərindən 346 nəfəri kişi, 363 nəfəri qadındır. Kooperativin sərəncamında ümumilikdə 730 hektar torpaq sahəsi var.

Qeyd edək ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıblar. Kooperativin ümumi sahəsi 850 hektardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam