Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda 200 min tona yaxın pambıq yığılıb- Ən çox harada? - FOTO

 

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb.

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu "Azərpambıq ASK" MMC-nin 25936 tonu "P-Agro" MMC-nin, 9960 tonu "Aqro-Az MMC" və "Goran Cotton" MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.

Bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub - 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton),  Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam