Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türk lirəsi bahalaşmaqda davam edəcək -ANALİTİKA

 

 

FED-in son qərarı Türkiyədə əks-effekt verib

Yenixeber.org: ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən həftə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,75-2%-dən 2-2,25%-ə çatdırmasından sonra ABŞ dolları digər aparıcı xarici valyutalar qarşısında bahalaşsa da, Türkiyədə əks proses baş verdi – Amerika valyutası türk lirəsi qarşısında ucuzlaşdı. FED-in qərarından 1 gün əvvəl 6,1-6,2 olan TRY/USD nisbəti hazırda 5,95 ətrafındadır.

Saytımızın analitik qrupu hesab edir ki, buna səbəb Türkiyəni milli valyutasının məzənnəsinin güclənməsi istiqamətində atılan addımlar və bunun lehinə işləyən beynəlxalq proseslərdir.

Hələ sentyabrın 20-də qonşu ölkənin Maliyyə Nazirliyinin təqdim etdiyi yeni iqtisadi proqram lirənin məzənnəsinin sabitləşməsi ilə bağlı fəaliyyətin bünövrəsi rolunu oynayıb. Çünki, proqram infilyasiya ilə mübarizə, maliyyə intizamının gücləndirilməsi, məşğulluğun artırılması, makro iqtisadi göstəricilərin yaxşılaşdırılması və digər vacib məsələləri əhatə edir. Bundan başqa bankların türk lirəsi ilə kredit verməsinin təşviq olunması da böyük əhəmiyyət kəsb edir. Həmçinin həyata keçirilən sosial layihələrsənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsi Türkiyə əhalisinin milli valyutaya inamının artmasında, lirənin bahalaşmasına səbəb olub.

Analitik qrupumuz yaxın 10 gün ərzində lirənin təxminən 4% də bahalaşacağını, Türkiyədə dolların məzənnəsinin 5,7 lirəyə düşəcəyini proqnozlaşdırır. Oktyabrın 12-də ABŞ-dan olan rahib Roy Bransın məhkəməsi olacaq.Əgər o, azadlığa buraxılarsa, qonşu ölkədə Amerika valyutası daha sürətlə ucuzlaşacaq.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam