Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Mərkəzi Bank azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır"

 

İqtisadçı alim  Vüqar Bayramov kreditlər üzrə faiz dərəcəsində yuxarı hədd tətbiq edilməsinə münasibət bildirib.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Vüqar Bayramov öz Facebook profilində yazıb:
 
"Bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb. Bunu Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib. Belə ki, istehlak kreditləri üzrə illik faiz dərəcələri 29, mikrokreditlər üzrə illik faiz dərəcələri 25 faizdən yuxarı olmayacaq. Kredit faizlərinin inzibati yol ilə məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da razılaşmaq lazıdmır ki, bankların bahalı kreditləri ilə yanaşı effektiv və real faizlər ilə müştərilərin çaşdırılmasına və əksər hallarda aldadılmaslna hesablanan süni manevrləri belə müdaxiləni məqbul edirdi. Mərkəzi Bank “faiz tavanı"nı qərarlaşdırmadığını, sadəcə tövsiyyə etdiyini bəyan edə bilər ki, bu qanunvericiliyə zidd deyil".
İqtisadçı alim daha sonra “Fazi tavanı”nın nəyi dəyişəcəyinə aydınlıq gətirib: "Aydındır ki, bu təşəbbüsdə məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdan ibarətdir. Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisiyon haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər” ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünku yüksək gəlirə aulidə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberalaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsinə də vacibdir".
V. Bayramov qeyd edib ki, bununla yanaşı, gözlənilir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlar: "Belə ki, məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən banklar orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaqlar istisna edilmir.
Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq komissiyon haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var.
Təbii ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalacaqlar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirdi.
Hər halda, son məhdudiyyətlə faizlərə təsir göstərəcək. Prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi də məhz Mərkəzi Bankı yeni qərarlarından və tövsiyyələrin monitorinqdən asılı olacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam