Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan sərt pul siyasət yürüdəcək

 

Azərbaycan sərt pul siyasət yürüdəcək

 

 

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək

Yenixeber.org:Bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq".

E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub.

"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb", - deyə AMB sədri əlavə edib.

Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur.

E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam