Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək

 

AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına kömək edəcək

 

"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin inkişafına texniki kömək göstərəcək"

Yenixeber.org:  Bunu  bankın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş mətbuat katibi Anton Usov deyib.

A.Usov xatırladıb ki, müvafiq niyyət protokolu Azərbaycan Energetika Nazirliyi ilə AYİB arasında 2017-ci ilin sentyabrında bankın prezidenti Suma Çakrabartinin Bakıya səfəri zamanı imzalanıb:

"Bu protokol nazirliyə müstəqil enerji tənzimləyicisinin yaradılmasına kömək göstərilməsini də nəzərdə tutur".

Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq uğurla başlayıb və ötən həftə Avropa Enerji Tənzimləyiciləri Şurası, Niderland, Latviya və Avstriya nümayəndələrinin iştirak etdiyi Avropada enerji məsələlərinin tənzimlənməsi üzrə seminar keçirilib:

"AYİB, öz növbəsində, Azərbaycanda tənzimləyici haqqında qanunun hazırlanmasına, həmçinin Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin potensialının artırılmasına texniki yardım göstərəcək".

Qeyd edək ki, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bank indiyədək ölkədə 161 layihəyə 2,8 milyard dollardan çox investisiya yatırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam