Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Maliyyə problemləri var”

496f660f4a741cf31c30eb20b15270c0

 

“Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu sənayevə energetika naziri Natiq Əliyev “Respublika” qəzetindəki məqaləsində qeyd edib. Nazir əlavə edib ki, enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir: “Bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam