Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycana yük gətirən 12 əsas şirkətdən birgə- Müraciət

Azərbaycana yük gətirən 12 əsas şirkətdən birgə

 

 

Xarici ölkələrdən Azərbaycana gətirilən yüklərin Azərbaycanın gömrük sərhədini keçə bilməməsi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlar tamamilə yanlış və əsassızdır

 

Yenixeber.org: Bu, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan 12 əsas şirkətin kütləvi informasiya vasitələrinə və müştərilərinə ünvanladığı müraciətdə qeyd olunub.

Sənəddə bildirilib ki, xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılmasında heç bir problem yoxdur və sifarişlər qısa zaman ərzində müştərilərə çatdırılır.

“Məlumat üçün bildiririk ki, bizim təmsil etdiyimiz şirkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam fəaliyyət göstərir və sürətli poçt xidmətini yerinə yetirir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmayıb və tam şəffaf şəkildə yüklərimizi gömrük sərhədindən keçiririk. Dövlət Gömrük Komitəsinin işindən, fəaliyyətindən razıyıq və heç bir iradımız yoxdur”, - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, müraciəti DHL Dərhal MMC-nin baş direktoru Şaiq Mansurov, TNT Azəri Ekspress MMC-nin baş direktoru Şaiq Qəribzadə, FEDEX ARS Ekspres MMC-nin baş direktoru Sevda Xanməmmədova, UPS UPS AZ MMC-nin baş direktoru Nazim Xudaverdiyev, NASİLLA MMC-nin baş direktoru Elnarə Qasımova, “ASE Asya” şirkətinin baş direktoru Rəşad Abbasov, ARAMEX Peqasus MMC-nin baş direktoru Aydın Məmmədov, CAMES MMC-nin baş direktoru Sübhan Cəfərov, QUTE MMC-nin baş direktoru Qətibə Hətəmova, BERKUT MMC-nin baş direktoru Şüküfə Abilova, MOVER MMC-nin icraçı direktoru Rüfət İbrahimov və BARAMİ MMC-nin baş direktoru İlham Mustafayev imzalayıb.

Xatırladaq ki, sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi çatdırılma şirkətlərinin müştərilərinə müraciət edərək, sifariş olunan mallarının Azərbaycanın gömrük sərhədini keçə bilməməsi barədə məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam