Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gəlir

ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gəlir

 

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti 16-18 oktyabr tarixlərində Azərbaycana gələcək 14 ABŞ şirkətlərindən ibarət olan ticarət missiyasına rəhbərlik edəcək

 

Yenixeber.org: ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, missiya 27 şirkətdən ibarət indiyə qədər Azərbaycana gəlmiş ən böyük ABŞ ticarət missiyasıdır. 

Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və iş adamları ilə-hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcək. Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək.

Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə ticarət missiyalarının müşaviri Vilyam Czajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının icraçı direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam