Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Əhalinin “Yastığının altında” bir milyard dolları var”

f89bbc009e7f5bfcb00f98d6ea4ece74_XL

SOCAR-ın dollar istiqrazlarının bank depozitinə vəsaitlərin yerləşdirilməsi ilə müqayisədə üstünlüyü aşkardır. Bunu Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib.

Xeberinfo.com:   Onun sözlərinə görə, SOCAR-ın dollar istiqrazlarının buraxılışı – ölkə iqtisadiyyatında mühüm hadisədir: “SOCAR istiqrazlarının alınmasında əhalinin dollarda vəsaitləri olan hissəsi maraqlı olmalıdır. Onların banklarda yerləşdirilib və ya “yastıq altında” saxlanılması önəmli deyil”.

Ekspert qeyd edib ki, ölkənin Mərkəzi Bankının son statistikasına əsasən fiziki şəxslərin xarici valyutada əmanətləri cari ilin avqustun 1-nə 6,3 milyard manata çatıb:
“Əlbəttə, bu, əhalidə olan valyuta vəsaitlərinin hamısı deyil. Güman etmək olar ki, daha bir milyard dolları əhalinin müəyyən hissəsi evdə saxlayır. Bu potensialın səmərəli işləməyə başlaması ölkə iqtisadiyyatı üçün çox vacibdir. “Yastığın altında” saxlanılan dollar vəsaitlərinin sahibləri, xatırlamalıdırlar ki, dollar da zamanla inflyasiyaya məruz qalıb. Məsələn, son 20 ildə dollar Biq-Mak indeksi üzrə hər il təxminən beş faiz qiymətdən düşür, dolların kumulyativ inflyasiyasının səviyyəsi isə 2000-ci illə müqayisədə təxminən 40 faiz təşkil edir”.

Onun sözlərinə görə, dollarla əmanətlərin həcmi istiqrazların buraxılış məbləğini yüz milyon üstələyir:
“Düşünürəm ki, SOCAR-ın istiqrazları iki səbəbdən insanları həvəsləndirməlidir: birincisi, bu, özəl kommersiya bankında depozit deyil, dövlət müəssisələrinin istiqrazlarıdır ki, bu da daha çox təminatları nəzərdə tutur. SOCAR beynəlxalq aləmdə də tanınır, yaxşı reytinqlərə malikdir və çox əhəmiyyətli layihələrə böyük vəsaitlər qoyur. İkincisi, bu istiqrazlar üzrə faiz dərəcələri kommersiya banklarındakı dolları depozitlərinə nisbətən yüksəkdir. Düşünürəm ki, bu üstünlükləri təhlil edə bilən və dollarla əmanəti olan əhalinin bu hissəsinin SOCAR istiqrazlarının alınması ilə bağlı şübhəsi olmamalıdır”.

Eyni zamanda ekspert hesab edir ki, bu həcmdə istiqrazların buraxılışı qiymətli kağızlar bazarının inkişafına təkan verəcək: “SOCAR istiqrazlarının buraxılışı qiymətli kağızlar bazarının fəaliyyətinə təkan verəcək, həm təkrar bazarda əməliyyatlar güclənəcək ki, bu da çox müsbət məqamdır. Fond birjasının bugünkü vəziyyəti son dərəcə qeyri-qənaətbəxşdir”. /Trend

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam