Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Quşçular Cəmiyyətinin sədri yumurtanın qiymətindən danışdı

Quşçular Cəmiyyətinin sədri yumurtanın qiymətindən danışdı

 

Respublika Quşçular Cəmiyyəti yumurtanın pərakəndə satış qiymətində müşahidə olunan artıma münasibət bildirib

 

Yenixeber.org: Cəmiyyətin sədri Aydın Vəliyev  hazırda qiymətin artması üçün heç bir zəmin olmadığını söyləyib: "Dəqiq deyə bilərəm ki, istehsalçılar tərəfindən qiymət artımı barədə qərar qəbul olunmayıb. Qiymətlər əvvəlki səviyyədədir. Ən son məlumata əsasən, istehsalçılar 360 ədəd yumurtanı 42 manata satır. Beləliklə, 1 ədəd yumurtanın qiymətinin 11-12 manat arasında formalaşmasından xəbər verir. Qiymət artımına işbazlar səbəb olur. Necə deyərlər, işbazlar tərəfindən əldən-ələ və ya başqa ad altında yumurtanın satılması bu cür fəsadlar verir. İşbazlar qiyməti artırır, sonra da məsuliyyəti atırlar istehsalçıların üzərinə. Halbuki, istehsalçı bazar üzü görmür. Bir daha qeyd edirəm ki, hazırda qiymət artımı üçün heç bir zəmin yoxdur. Əksinə, biz yumurta ixracı üçün yeni bazarlar axtarırıq, çünki daxili bazarda tələbatı tamamilə ödəyirik".

Qeyd edək ki, hazırda bəzi marketlərdə 1 ədəd fabrik yumurtasının qiyməti 15 qəpiyə, kənd yumurtasının qiyməti isə 24 qəpiyə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam