Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yumurta bahalaşdı - 18 qəpik!

Bu gün paytaxtın bir çox ticarət mərkəzlərində, xüsusilə də xırda mağazalarda yumurtanın bir ədədi 18 qəpikdən satışa çıxarılıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına marketlərdən məlumat verilib.

Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı mağazalarda yumurta 18 qəpiyədir. İri ticarət mərkəzlərində yumurta 13-14 qəpiyə təklif edilir. Topdansatış müəssisələrində isə 10-11 qəpiyədir. Halbuki ötən həftə yumurta 8 qəpiyə təklif edilirdi.

Hazırda ölkədə ildə 1 milyard 300 milyon ədəd yumurta istehsal edilir. Ölkə əhalisinin yumurtaya tələbatı isə 2 milyard 600 milyon ədəddir.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına deyib ki, mövsümlə əlaqədar yumurtanın qiymətində artım müşahidə edilir. Lakin indiki artım olduqca böyükdür: “Hazırda Ukraynada yumurtanın qiyməti 5 qəpikdir. Rusiyada 6, Gürcüstanda 6-7 qəpik arasında dəyişir. Azərbaycanda isə sahibkarlar sövdələşməyə gedirlər. Ölkəyə digər sahibkarların yumurta gətirməsinə imkan verilmir. Yumurta istehsalı, satışı bir dairədən idarə olunduğu üçün istənilən zaman qiymətləri dəyişə bilirlər”.

Ekspertin sözlərinə görə, ölkəyə tələbata uyğun yumurta gətirilərsə, qiymətlər aşağı salına bilər: “Mövsümlə əlaqədar istehsal zəifləsə də hazırda bir yumurtanın maya dəyəri 7-8 qəpikdən çox deyil. Təəssüf ki, bu sahədə rəqabət yoxdur. Buna görə də yumurtanın qiymətini istənilən vaxt artırıb-azaldırlar”.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə qiymətlərin artırılması ilə bağlı məlumatlı olmadıqlarını dedilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam