Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Benzin və dizelin qiyməti bu gecə bahalaşacaq?– YENİLƏNİB + AÇIQLAMA

Benzin və dizelin qiyməti bu gecə bahalaşacaq?

 

Bu gün axşam saatlarından etibarən Bakıda satılan “AI-95 Premium” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb

 

Yenixeber.org:  Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir. Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.

“Benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

19:03

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun “AI-95 Premium” benzinin bahalaşacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxaracaq.

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Qeyd edək k ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə “Avro-4” standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium2”da ölkəyə Rumıniyadan idxal olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam