Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

SOCAR-ın reytinqi aşağı salındı

SOCAR-ın reytinqi aşağı salındı

 

"Standard & Poors" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB" səviyyəsindən "BB-" səviyyəsinədək azaldıb

 

Yenixeber.org: Reytinq üzrə proqnoz stabildir.

S&P SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısından çıxarıb.

"Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərclərı, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib", - deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, S&P qeyd edir ki, SOCAR dövlətin neft-qaz sektorunda əsas aktivi olduğu üçün zərurət yarandığı halda hökumət dövlət şirkətinə lazımi dəstəyi verəcək.

S&P SOCAR-ın Azəri-Çıraq-Günəşli layihəsində payının 11,6%-dən 25%-dək artırılmasını şirkətə verilən davamlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirir.

Bundan başqa, agentlik qeyd edir ki, ölkənin bank sektorunun zəifləməsi SOCAR-a da neqativ təsir edib. Buna baxmayaraq, S&P iddia edir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici öhdəliklərinin restrukturizasiyasının SOCAR-a təsiri məhduddur.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyük hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur.

Buna baxmayaraq, S&P vurğulayır ki, SOCAR-ın likvidliyi idarəolunan səviyyədədir.

S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam