Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda daha bir saxta pivə biabırçılığı

 

İqtisadiyyat və Sənaye Nazirliyi daha bir şirkətdə pivə istehsalı ilə bağlı yoxlama aparıb

 

"Xeberinfo.com": Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən “Kristal CF” şirkətinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Bəlli olub ki, pivələrin üzərində xaricdə istehsal edildiyinə dair yalan məlumat verməklə istehlakçıları aldadıblar. Pivələrin üzərində xarici dildə məlumat verilib, məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatlar göstərilib.
Bundan əlavə, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yalan məlumatların verildiyi müəyyənləşdirilib.
Nazirlik tərəfindən “Kristal CF” müəssisəsinə qarşı iş qaldırılıb.
Xatırladaq ki, nazirlik bundan əvvəl “Azəri” firmasında da yoxlama aparmışdı. Məlum olmuşdu ki, bu markadan olan pivənin xaricdə istehsal edildiyi haqqında düzgün məlumat yerləşdirməməklə yanaşı digər firmalara məxsus  əmtəə nişanından qanunsuz istifadə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam