Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"PricewaterhouseCoopers" 2030-cu ilin ən güclü iqtisadiyyatını açıqlayıb

 

İnkişaf etməkdə olan ölkələr 2030-cu ildə dünya iqtisadiyyatının öndərləri olacaq.

Yenixeber.org: "Report" xəbər verir ki, bu açıqlama ilə "PricewaterhouseCoopers" (PwС) araşdırma, audit və konsaltinq şirkətinin hesabatında bildirilir. 
Sənədə əsasən, 13 ildən sonra Hindistan və Brazilyanın iqtisadi gücü ABŞ və Çinlə rəqabət apara biləcək səviyyəyə çatacaq.

"PwС" alıcılıq qabiliyyəti əsasında formalaşan ümumi daxili məhsulun (ÜDM) həcminin Çində 38,008 trln. ABŞ dollarına çatacağını, bu göstərici ilə Şərqi Asiya ölkəsinin dünyanın ən böyük iqtisadiyyatına sahib olacağını proqnozlaşdırır. Audit şirkətinin hesabatında 2-ci yerdə 23,475 trln. dollarla ABŞ-ın, 3-cü yerdə isə 19,511 trln. dollarla Hindistanın qərarlaşacağı deyilir. Yaponiya 5,606 trln. dollarla 4-cü, İndoneziya 5,424 trln. dollarla 5-ci, Rusiya 4,736 trln. dollarla 6-cı, Almaniya 4,707 trln. dollarla 7-ci, Braziliya 4,439 trln. dollarla 8-ci, Meksika 3,661 trln. dollarla 9-cu, Böyük Britaniya isə 3,638 trln. dollarla 10-cu sırada yer alacaq.

Türkiyə iqtisadiyyatının isə 2,996 trln. dollarlıq ÜDM göstəricisi ilə 12-ci yerdə qərarlaşacağı proqnozlaşdırılır. Qeyd edək ki, ötən il Türkiyədə alıcılıq qabiliyyəti əsasında formalaşan ÜDM-in həcmi 1,928 trln. dollar olub və ölkə 13-cü yeri tutub.

"PwС" hesab edir ki, trln. dollarlıq ÜDM-ə sahib olacaq ölkələr arasında Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Misir və İran də olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam