Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ son müharibələrə 14 trln. dollar xərcləyib -30 ildə

“Çini ABŞ-ın iqtisadi problemlərində günahlandırmaq doğru deyil. Bu problemlərin məsuliyyəti birbaşa ABŞ-ın üzərindədir. ABŞ müharibələrə xərclədiyi trilyonlarla dollarlıq vəsaiti infrastruktura və öz millətinə xərcləyə bilərdi”.

Xeberinfo.com:  Bunu “Alibaba” şirkətinin təsisçisi Cek Ma CNBC telekanalına müsahibəsində bildirib.

“Başqa ölkələr sizdən (ABŞ-dan – red.) iş yerlərinizi oğurlamır. Bu, sizin strategiyanızdır. Siz pullarınızı və resurslarınızı lazım olmayan qaydada bölüşdürürsünüz”, – deyə C. Ma qeyd edib.

Biznesmen deyib ki, ABŞ son 30 ildə müharibələrə 14 trln. dollar xərcləyib: “Halbuki bu vəsait ABŞ-ın infrastrukturuna yatırıla bilərdi. ABŞ-ın iqtisadi artımını zəiflədən Çin deyil, qeyd etdiyim amildir. ABŞ-ın transmilli korporasiyaları qloballaşma sayəsində milyonlarla dollarla ölçülən gəlir əldə edib. Son 30 il ərzində IBM, “Cisco”, “Microsoft” şirkətlərinin əldə etdiyi gəlir Çinin ən iri dörd bankının məcmu gəlirindən çoxdur. Bəs bu pullar hara getdi? ABŞ vəsaitləri düzgün bölüşdürmür: Uoll-Strit və Silikon vadisinə həddən artıq maliyyə axını var, halbuki bu vəsaitlər Orta Qərbə və ali təhsili olmayan amerikalılara yönəldilə bilər. Hər şəxsin Harvard universitetini bitirmək imkanı yoxdur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam