Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycanda bu il 2,8%-lik resessiya gözlənilir"

 

Cari ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 58,8 mlrd. manat səviyyəsində gözlənilir ki, bu da ölkədə 2,8% resessiyaya olacağından xəbər verir.

Xeberinfo.com:  "Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcə layihəsinin parlament komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı deyib.

Nazir bildirib ki, makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

Onun sözlərinə görə, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar, ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb.

"Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. manat həcmində ÜDM istehsal olunub, real azalma 3,7% olub. Bunun səbəbləri kimi xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunun böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını göstərmək olar. Nəticədə, 1998-ci ildən ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib", - deyə S.Şərifov qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu il dövlət büdcəsinin təqdimatında gecikmələr olub və bunun obyektiv səbəbləri var. Onun sözlərinə görə, büdcə Azərbaycanın reallıqlarını əks etdirir və gələcək üçün güclü ehtiyatların yaradılmasını nəzərdə tutur.

Virtualaz.org xatırladır ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi müzakirə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam