Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dollar 10 ilin ən yüksək səviyyəsində

dollarDollar, statistik məlumatların ABŞ-da iqtisadi inkişafın yolunda olduğunu göstərməsi və bunun nəticəsində Fed-in faiz artıracağına dair gözləntilərin güclənməsinin ardından 10 ildən artıq müddətin ən yüksək səviyyəsinə yüksəlib.

Xeberinfo.com:  “Marja” xəbər verir ki, ABŞ-ın pul vahidi, müəssisə avadanlıqları sifarişlərinin Oktyabr aynda son beş ayda dördüncü dəfə yüksəlməsi və satışların da yuxarı istiqamətdə hərəkət etməsinin müəssisə sərmayələrində yaxşılaşmaqda olduğuna işarə etməsiilə, əhəmiyyətli pul vahidlərinin böyük əksəriyyəti qarşısında dəyər qazanıb.

Fed-in Noyabr ayı yığıncaq protokolları dünən açıqlanıb və bu protokollar, Fed-in bir illik müddətin ardından faiz artırmağa olduqca yaxınlaşdığını göstərib.

“Trump-ın qələbəsindən bu yana dollarda fasiləsiz və güclü bir yüksəliş gördük və bütün doğru domino daşları aşmağa başladı. Ayın sonuna doğru dollarda “soyuma” başlamadan əvvəl, dollarda alış meyli davam edir”,- deyə analitiklər bildirirlər.

ABŞ pul vahidinin 10 mühüm pul vahidi qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.7% qalxıb və 2005-ci ildən bu yana ən yüksək səviyyəsini görüb. Dollar Yen qarşısında 1.5% yüksələrək 112.75 səviyyəsinə çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam