Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya bazarında dollar kəskin bahalaşıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) prezident seçkilərinə 2 gün qalmış namizəd Hillari Klintonla bağlı araşdırmanı dayandırdıqdan sonra dollar kəskin bahalaşıb.

Xeberinfo.com:   "Reuters" xəbər verir ki, FTB açıqlamasında H.Klintonun ABŞ Dövlət Departamentinin rəhbəri olduğu müddətdə elektron poçtundan şəxsi məqsədləri üçün istifadə etsə də, yazışmalar zaman məxfi məlumatlardan istifadə etmədiyini bildirib.

Bu bəyanatdan sonra Asiya birjalarında dolların məzənnəsində yüksəliş qeydə alınıb. Belə ki, dollar Yaponiya yeninə qarşı 1,1% bahalaşaraq 104,30 yenə çatıb. Avro isə 0,7 ucuzlaşaraq 1,1060 dollaradək geriləyib.

ABŞ-ın milli valyutası İsveçrə frankına qarşı 1% möhkəmlənib. İnvestorlar hesab edir ki, H. Klintonu rəqibi Donald Trampdan fərqli olaraq daha proqnozlaşdırılan siyasət yürüdəcək.

"ABŞ-dan gələn xəbərlər Asiyanın səhm bazarında mülayim ralliyə səbəb ola bilər", - deyə dillerlər bildirir. FTB-nin bəyanatından sonra ABŞ-ın fond indekslərinin fyuçersləri 1%-dən çox artım nümayiş etdirib. ABŞ-ın xəzinədarlıq istiqrazları üzrə fyuçerslər isə zəifləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam