Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“FTB-nin əlində Trampın Rusiya ilə əlaqələrini sübut edən məlumatlar var”

ABŞ senatoru: “FTB-nin əlində Trampın Rusiya ilə əlaqələrini sübut edən məlumatlar var”

 

Harri Rid qurumu Donald Trampın qələbəsinə çalışmaqda günahlandırıb

 

Demokrat partiyasının Senatdakı fraksiyasının rəhbəri Harri Rid FTB direktoru Ceyms Komiyə rəsmi məktub ünvanlayaraq qurumun Hillari Klintona qarşı hərəkətlərinin qanunsuz olduğunu bildirib.
Xeberinfo.com:   Xarici mətbuata istinadən xəbərə görə, senator Rid Federal Təhqiqat Bürosunun respublikaçıların namizədi Donald Trampın Rusiya hakimiyyəti ilə əlaqələrə malik olması barədə əlində olan məlumatları mətbuata açıqlamasını tələb edib.
Demokrat senatoru ABŞ-ın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşları da dəstəkləyib.
Qeyd edək ki, FTB-ni özü formal olaraq Ədliyyə Nazirliyinə tabedir.
Senator Harri Ridin Ceyms Komiyə ünvanladığı məktubda deyilir:
  
“Son aylarda siz öz fəlaiyyətinizdə mühüm informasiyaların ötürülməsi ilə bağlı olaraq ikli standartlar sərgiləmisiniz və bir partiyanın namizədinə kömək cəhdi olaraq qiymətləndirilməlidir. 
Mənim sizinlə, habelə milli təhlükəsilzliklə məşğul olan digər yükəsək vəzifəli şəxlsərlə görüşlərim zamanı aydın oldu ki, siz Donald Tramp və onun üst rütbəli müşavirlərinin Rusiya hökuməti ilə sıx əlaqələrə və koordinasiyaya malik olduğu barədə sensasion informasiyalara maliksiniz” deyə cənab Rid məktubunda qeyd edib.
O, bu informasiyaların ABŞ-n milli təhlükəsizliyinə heç bir xələl gətirməyəcəyini Komini inandırmağa çalışsa da FTB direktoru bununla bağlı məlumatları açıqalamaqdan imtina edib.
Bundan başqa, senator Harri Ridin fikrincə, Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klintonun elektron məktubları ilə bağlı Federal Təhqiqat Bürsosu tərəfindən cinayət işinin yenidən açılması “Hetç qanunu”nun birbaşa pozulması deməkdir. 
Həmin qanun dövlət qulluqçusuna öz mövqeyindən istifadə edərək bu və ya digər partiyanın dəstəkləməsinə gətirib çıxaran siyasi aktivliyini qadağan edir.
Ridin fikrincə, seçkilərə 11 gün qalmış FTB direktorunun yenidən təhqiqata başlamaq haqqında qərarı bütün siyasi ənənələri pozur. 
“Sizin hazırda bu məktublarla bağlı malik olduğunuz informasiya demək olar ki, Hillari Klintonun həmin işə görə bu ilin iyul ayında bəraət almasına gətirib çıxaran məlumatları eynilə təkrarlayır. Tərəfinizdən birmənalı olara nümayiş etidirilən ikili standartlar bir şeyi bəlli edir ki, siz bir namizədin qələbə qazanmasına , digərinin isə məlubiyyətə uğramasına çalışaraq qəsdən istədiyiniz müddətdə həmin informasiyanı mətbuata ötürmüsünüz” deyə Senator Rid məktubunda qəzəbini ifadə edib.
Bundan başqa, eyni gündə Amerika Birlşmiş Ştatları Ədliyyə nazirliyinin bir sıra keçmiş işçisinin adından Kominin hərəkətlərini tənqid edən açıq məktub ünvanlanıb. “Bu, Ədliyyə Nazirliyinin siyasiətinə uyğun gəlməyən, habelə seçkilərdə hər iki partiyanın nümyəndələrinin riayət etdiyi praktikaya zidd bir addımdır” deyə məktubda qeyd edilir.
Öz növbəsidə Respublika partiyasından ABŞ Nümayəndələr Palatasının nəzarət və dövlət islahatları komitəsinin rəhbəri Ceyson Çeyffits Komini müdafiə edib:
“ Komi yeni izahatlar, ifadələr, sübutlar tapmaqla məşğuldur və bunu etməyə borcludur. Hillari Klinton bu skandala görə özünü günahlandırmalıdır. Bu problemi yaradan Komi deyil, Klintonun özüdür”- deyə o qeyd edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam