Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təxminən 600 min kredit kartından imtina olunub

kart bank2016-cı ilin Avqust ayında İyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

Xeberinfo.com:  “Mara” Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin İyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin İyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.

Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib.

SON 20 AYDA 594 MİN KREDİT KARTINDAN İMTİNA OLUNUB

2015-ci ilin Yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Qeyd edək ki, kredit şərtləri sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə kredit kartı satmırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam