Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsinin 0,2 % qaldırılmasına dair qərar qəbul edəcək. Qərar Amerika iqtisadiyyatının böhrandan sonra artıq bərpa olunduğunu təsdiqləyərək, sahibkarlara sərmayələri inkişafda olan bazarlara daha fəal yatırmağa çağıracaq. Benefisiar qismində həmçinin Rusiya çıxış edəcək. Rusiya Mərkəzi Bankı dərəcəni azaldaraq bu prosesə əlavə təkan verəcək.
Yenixeber.org APA-ya istinadən xəbər verir ki, bu barədə maliyyə mütəxəssisləri bildiriblər.
FES-in dekabr iclasının yekunları dekabrın 13-də yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da). Daha sonra FES rəhbəri Cannet Yellen bu vəzifədə sonuncu mətbuat konfransını keçirəcək.
Qeyd edək ki, dekabrın 5-də Senatın bank komitəsi FES rəhbəri vəzifəsinə Cerom Pauelin namizədliyini təsdiqləyib.