Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan 500 milyon avro kredit alır

0k9

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məqsədi ilə gələn həftə Seulda (Cənubi Koreya) potensial kreditorla görüş keçiriləcək.

Xeberinfo.com:   Məlumata görə, bu barədə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov Sumqayıtda jurnalistlərə bildirib.

Zavod direktorunun sözlərinə görə, görüşdə Azərbaycan Maliyyə Nazirliyi və SOCAR-ın nümayəndələri iştirak edəcəklər: “Maliyyələşmədə Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) ilə yanaşı, 3 nüfuzlu Avropa bankı da iştirak edəcək. Bununla bağlı danışıqlar aparılır. Yaxın vaxtlarda bu bankların adları açıqlanacaq. Son 3-4 aydır danışıqlar fəal şəkildə davam etdirilir. Ümid edirik ki, oktyabr-noyabr aylarında 500 mln. avro həcmində dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məsələsi tamamlanacaq”.
X.Cəfərov deyib ki, cəlb ediləcək vəsaitin 51%-i (251 mln. avro) Koreya “Eximbank”ı tərəfindən təmin olunacaq: “Qalan 49% üçün isə Koreya “Eximbank”ı zəmanət verəcək. Həmin zəmanət əsasında nüfuzlu Avropa banklarından vəsait cəlb ediləcək”.
Ümumiyyətlə, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam