Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

SOCAR 249 milyon avro kredit alır

socar-logoAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir.

Xeberinfo.com:  Bu barədə jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bunlar “Deutsche Bank”(Almaniya), “Societe Generale” (Fransa) və “UniCredit” (İtaliya-Almaniya) banklarıdır: “Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədlə büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasına dair qərar qəbul olunub”.

 X.Cəfərov qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: “Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam