Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Banklar kredit faizlərini artırdı

 

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə verdiyi göstərişdən 1 həftə keçir.

"Xeberinfo.com":   Məlumata görə, bankların bir qismi komisyon haqqını 1%-ə qədər azaltsa da, bəzi banklarda vəziyyət dəyişməyib və onlar AMB-nin göstərişini sadəcə tövsiyyə kimi qəbul ediblər.

Mərkəzi Bankın göstərişini qulaqardına vurublar

Məsələn, aktiv kreditləşmə ilə məşğul olan “AGBank”da komisyon haqqı 5,5-9,5%, “Azərbaycan Beynəlxalq Bankı”nda 7-12%, “Bank BTB”də 4-6%, “Parabank” və “Rabitəbank”da 2%, “Caspian Development Bank”da 3-5%, “Muğanbank”da 6-11%-dir. “Amrahbank”, “Bank of Baku”, “Bank Respublika”, “Bank Silk Vey”, “Bank Nikoil”, “Turanbank”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan” isə komisyon haqqını 1%-ə endirib.

Komisyon haqqını azaldıb, illik faiz dərəcəsini artırıblar

Bununla belə, araşdırma nəticəsində məlum olur ki, komisyon haqqını 1%-ə qədər azaldanlar əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar. Məsələn, hazırda “Bank of Baku”da manatla kreditlər illik 35-39%-lə, dollarla kreditlər isə 34-38%-lə verilir. Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditlər 32-34%-lə, xarici valyutada kreditləri isə 28-30%-lə ayırırdı. Komisyon haqqını azaltmış “Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam