Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var"

 

"Faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var" -

 

"Son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır".

Xeberinfo.com:   Məlumata görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramovun sözzlərinə görə, Mərkəzi Bankın uçot stavkasını 9.5 faizədək yüksəltməsi qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini daha da aktuallaşdırıb:"Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır. Həmin əmanətlərin qorunmaması isə məhz sığortalanan əmanətlərdə dividentlərə olan limit faizi ilə bağlıdır". 

Ekspert qeyd edib ki, rəsmi uçot stavkası artıq iki rəqəmli həddə yaxınlaşdığı üçün milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək arıtılmasına ehtiyac var. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam