Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Faizlərin artırılması infilyasiyanın siqnalıdır"

 

Əmanətlərin Sığortalanması Fondu sığortalanan bank əmanətləri üçün faiz dərəcələrini dəyişib. Fonddan verilən məlumata görə, fevralın 24-dən etibarən maksimum faiz dərəcələri 9%-dən 12%-ə qaldırılıb. 
"Xeberinfo.com":  Məlumata görə, Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında faizlərin artırılmasını infilyasiyanın siqnalı kimi dəyərləndirib:
“Burada söhbət sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılmasından gedir və faiz dərəcələri 9 %-dən 12 %-dək artırılıb. Bu onu göstərir ki, artıq banklar infilyasiyaya hazırlaşırlar. Sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılması ilə bağlı qərarın indiki məqamda əsas məqsədi ondan ibarətdir ki, kredit faizləri artırılacaq. Sığortalanan əmanətlərin faizinin artırılması kredit faizlərinin yüksəlməsi anlamına gəlir. 
Bu praktik olaraq infilyasiya ilə bağlı bir siqnaldır. Faizlərin 9 %-dən 12 %-dək qaldırılması indiki halda əmanətlərin sərf edilməsinə ciddi təsir göstərməyəcək. Manatın kəskin devalvasiyası vətəndaşların manat yığımına çox təəssüf ki, mənfi təsir göstərdi. Güman olunur ki, məhz bu qərardan sonra vətəndaşlar xarici valyuta yığmağda maraqlı olacaq”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam