Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dollarlaşma 80%-i keçdi

dollar bank

Kreditlərin tərkibində dollarlaşma tədricən azalır

Xeberinfo.com:   Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi may ayının 1-nə 81,7% təşkil edib. Keçən ay bu göstərici 80,8% olub. İlin əvvəli əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 70,9% təşkil edib.
“Report”un məlumatına görə, cəmi depozit bazasında may ayının 1-nə dollarlaşma dərəcəsi 80,8% olub. Keçən ay bu göstərici 81% ,ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövrü isə 73,4% olub.
Kreditlərin strukturunda may ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. Aprelin 1-nə bu göstərici 49%, ilin əvvəli isə 49,4% olub. Keçən ilin analoji dövründə kreditləşmədə dollarlaşma dərəcəsi 41,6% təşkil edib.
Ümumiyyətlə, kreditlərin strukturunda dollarlaşma dərəcəsinin keçən ilin analoji dövrü ilə müqayisədə artması devalvasiya nəticəsində xarici valyutada kreditlərin dəyərinin manat ekvivalentində artması ilə izah olunur. İlin əvvəli ilə müqayisədə isə dollarlaşmanın tədricən azalması “üzən məzənnə” səbəbindən xarici valyutada kreditlərin mümkün qədər tez bağlanması istəyindən irəli gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam