Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

410 manatdan az maaş alana kredit verilməyəcək

valyuta_manatHERBIAILE

Bir sıra bankların manatla kredit verməyi bərpa etdikləri bildirilir.

Xeberinfo.com:  «Marja» xəbər verir ki, «Unibank» ASC-də müştərilərə manatla kredit ayırmağı bərpa edib.

Hal-hazırda «Unibank»da kredit tarixçəsinə malik olmayan yeni müştərilərə 20-60 (kreditin bitmə tarixi) arasında yaş həddi qoyulduğu bildirilir. Üstəlik, müştərinin son iş yerində stajı minimum 12 ay olmalıdır. Təkrar müştərilərə isə bir qədər güzəşt tətbiq edildiyi bildirilir. Onlara yaş həddi 20-65 arasında qoyulur, son iş yerində isə 6 ay işləmələri kifayətdir.

Xəbərə görə, hər iki halda minimal əməkhaqqı 410 manat təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, məbləğ isə 300-5000 manat arası müəyyən olunur.
Kredit üzrə illik faiz dərəcəsinin 29 faiz təşkil etdiyi qeyd olunur.

Kredit götürməkdən ötrü minimal əməkhaqqının 410 manat təşkil etməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni tələbləri əsasında müəyyən olunduğu bildirilir.
Ötən il dekabrın 21-də Azərbaycanda baş verən son devalvasiyadan sonra bəzi banklar manatla kredit verməyi dayandırmışdı.
Bu il aprelin 5-də isə Maliyyə Bazarlarına Nəzarət Palatası dollarla kreditin verilməsini bir aylıq dayandırdı. Bu ayın 5-də bu məhdudiyyət götürülsə də, həm dollarla, həm də manatla kreditin verilməsi xeyli məhdudlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam