Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft sürətlə bahalaşır

neft

Tehranın yeni qərarı bazarlara müsbət təsir göstərib.
İran neft hasilatını dondurmaq planına qoşulmağa hazır olduğunu bildirib.

Xeberinfo.com:  Məlumata görə, bu barədə İran Milli Neft Şirkətinin nümayəndəsi bildirib.
Rusiyanın “Exo Moskvı” radiosunun yaydığına görə, artıq İslam Respublikası neft hasilatını dondurmaq üzrə OPEK ölkələri tərəfindən edilən çağırışlara hazırdır. Amma bununla belə, İran Milli Neft Şirkətinin nümayəndəsi son qərarın hökumət tərəfindən veriləcəyini bildirib.

Analitiklər bu qərarı ölkənin artıq lazım olan səviyyədə, yəni gündə 4 milyon barrel neft hasilatı səviyyəsinə qalxması ilə izah edirlər. Tehran hasilatı dondurmaq barədə qərarı məhz bu səviyyəyə qalxdıqdan sonra verəcəyini bildirmişdi. Buna görə də İran aparıcı neft hasilatçısı ölkələrin aprelin 17-də Dohada keçirilmiş hasilat səviyyəsinin dondurulması ilə bağlı keçirdiyi konfransa qatılmamışdı. Nəticədə konfransda yekun qərar əldə edilməmişdi.

8 may 2016-cı ildə London birjasında Brent neftinin qiyməti (dollar/barrel)
8 may 2016-cı ildə London birjasında Brent neftinin qiyməti (dollar/barrel)
İstənilən halda, İran Milli Neft Şirkətinin nümayəndəsinin qərarı dünya bircalarına təsir göstərib. Məsələn, bu gün dünya bircalarında Brent neftinin 1 barrelinin qiyməti 1,8 dollar bahalaşaraq 46 dollara qədər qalxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam